Rusiya ilə əlaqələr hədəfdə
ABŞ və Aİ-dən Avstriyaya təpkilər yağdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
“Əl atılacaq son çarədir”
Putin artıq Ukraynadan çıxmağı müzakirə edir
-
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
-
“Ağlımızı itirməmişik”
Putin: “Rusiya heç bir şəraitdə nüvə silahından istifadə edən ilk tərəf olmayacaq”
-
Niyə “Moskviç” yox, “Mercedes”?
Rusiya prezidentinin geyimi və sürdüyü avtomobil sosial şəbəkələrdə gündəm oldu
-
Müsadirə olunacaq ...
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
-
300-dən 10-lara düşdü
Rusiya aviasiyasının əməliyyatları niyə azalıb?
-
Kabayeva göründü ...
Uzun aradan sonra ortaya çıxan idmançının aksesuarı gündəm oldu
-
Makron Putinə göz vurdu
Fransa prezidentinin açıqlaması onu dünyanın nəzərində rəzil duruma saldı
-
Bəxti gətirməyən Putin
Cəbhədən yeni ilə qədər xoş xəbər gözlənilmir
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Medallı xörəkpaylayan ...
... və ya Orxan Camal cinayəti
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
İyunun 24-də Avstriyanın enerji şirkəti «OMV» və Rusiyanın «Qazprom» şirkəti «Cənubi Axını» boru kəmərinin Avstriya hissəsinin inşası üzrə müqavilə imzalayıblar. Avstriya prezidenti Haynts Fişer ABŞ və Avropa İttifaqının (Aİ) tənqidlərinə əhəmiyyət verməyib. Xəbəri «Deutsche Welle» yayıb.
Müqavilə Rusiya prezidenti Vladimir Putinin Vyanaya bir günlük səfərindən bir neçə saat sonra imzalanıb.
«OMV» şirkətinin baş direktoru Gerhard Rois bildirib ki, «Cənub Axını» boru kəməri Avropanın, xüsusilə Avstriyanın enerji təhlükəsizliyinə zəmanət verəcək».
Vyanadakı ABŞ səfirliyi bu addıma dərhal cavab verib. Səfirlik bəyanatında bildirib ki, Trans-Atlantik İttifaq «Rusiya təcavüzünün qarşısını almaqda» vacib rol oynayıb. Avstriyalılar bu gün atdıqları addımın həmin məqsədə uyğunluğunu gözdən keçirməlidirlər.
Avstriya prezidenti Haynts Fişerlə görüşən Putin tənqidlərə cavab olaraq bildirib ki, «Bizim amerikalı dostlarımız Avropanı təbii qazla özləri təchiz etmək istəyirlər. Onlar bu müqavilənin ləğv olunması üçün əllərindən gələni edirlər».
Fişer də müqaviləni müdafiə edərək deyib ki, «NATO və Aİ ölkələrindən keçən qaz boru kəmərinin 50 kilometrinin Avstriyanın ərazisindən keçməsinə heç kəs bir söz deyə bilməz».
Bundan əlavə, Putin və Fişer Rusiya və Avstriyanın yaxın işgüzar münasibətlərindən danışıblar. Putin Avstriyanı «mühüm və etibarlı» əməkdaş adlandırıb. Avstriya 1968-cı ildə Moskva ilə uzunmüddətli qaz təchizatı üzrə müqavilə bağlayan ilk Qərbi Avropa ölkəsidir. Rusiya ABŞ və İsveçrədən sonra Avstriyanın üçüncü qeyri-Aİ ticarət əməkdaşıdır.
Avstriya Aİ-nin üzvü olduğu üçün Rusiya əleyhinə viza qadağaları və hesabların dondurulması sanksiyalarına əməl etməlidir. İyunun 24-də Fişer Moskvaya qarşı sanksiyaların əleyhinə olduğunu bildirib. Fişer həmçinin Putinə deyib ki, Rusiyanın Krımı anneksasiyası beynəlxalq hüquqa ziddir.
ABŞ və Aİ narahatdır
40 milyard dollar dəyəri olan «Cənub Axını» layihəsinin məqsədi Rusiya təbii qazını Avropaya nəql etməkdir. Rusiya hazırda Avropanın təbii qaz ehtiyacının üçdə birini verir. Tənqidçilər bildirirlər ki, Ukrayna ərazisindən keçən boru kəməri Avropanı Rusiya təbii qazından daha da asılı vəziyyətə salacaq.
Aİ Komissiyası qeyd edir ki, üçüncü tərəflərə heç bir imkan vermədiyi üçün «Cənub Axını» layihəsi Aİ-nin rəqabət qaydalarının tələblərinə cavab vermir. Aİ həmçinin «Qazprom»un boru kəməri və qaz təchizatının hər ikisinə birdən nəzarət etməsinə etiraz edir.
Qeyd edək ki, Rusiyadan çəkilən boru kəməri Qara dənizin altından, sonra Bolqarıstan, Serbiya, Macarıstan və Sloveniya ərazisindən keçərək Avstriyaya çatacaq. Layihənin ofşor hissəsində «Qazprom»un əməkdaşları Almaniyanın «Wintershall» holdinqi, İtaliyanın ENİ və Fransanın EDF şirkətləridir.