vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:29 | 26 iyun 2014 | Cümə axşamı Məqaləyə 1457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin snayper vahiməsi

Ovik Abramyan postlarını gəzərək əsgərlərlə psixoloji söhbət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Ovik Abramyan Dağlıq Qarabağa gəlib. Baş nazir separatçı Dağlıq Qarabağ rejiminin zabitləri ilə birlikdə ön cəbhəyə səfər edib. Ovik Abramyan ön cəbhədəki postda duran erməni əsgərlərin onsuz da aşağı olan ruh yüksəkliyini qaldırmaq üçün onlarla psixoloji söhbətlər aparıb. Baş nazir əsgərlərə döyüş saatı və müxtəlif məişət texnikaları hədiyyə edib.


Baş nazir Azərbaycan əsgəri ilə bir neçə yüz metr uzaqlıqda xidmət etməyin erməni əsgərlər üçün nə qədər təhlükəli olduğunu deyib. «Azərbaycan snayperi ilə bir neçə yüz metr uzaqlıqda, döyüş postunda dayanmaq üçün sizdə böyük şücaət və sayıqlıq olmalıdır. Biz bunu anlayırıq. Burda dayanan hər bir əsgər və zabitin xidmətini qiymətləndiririk» - deyə Ovik Abramyan bildirib. (ANS)