vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
12:29 | 27 iyun 2014 | Cümə Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obamanın səlahiyyəti alındı

Ali Məhkəmə qərarı ilə ABŞ prezidenti yüksək vəzifələrə təyinat edə bilməz

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Ali Məhkəməsi prezident Obamanın Konqresin resessiyası zamanı yüksək vəzifələrə təyinat səlahiyyətini qüvvədən salıb. Hökm Senatın məhkəməyə müraciət edən respublikaçı üzvlərinin xeyrinə verilib.


Məhkəmə 2012-ci ildə prezidentin Senatın təsdiqi olmadan Milli Əmək Əlaqələri Şurasına etdiyi təyinatları qanunsuz hesab edib.

Barak Obama konstitusiyaya əsasən Konqresin tətil müddətində müvəqqəti təyinat hüququndan istifadə edib. Lakin məhkəmə həmin vaxt Konqresin tətildə olmadığını bildirib.

Hakim Stefen Breyer deyib ki, 10 günlük tətil təyinat qərarı üçün olduqca qısa müddətdir.

Ağ Ev Ali Məhkəmənin qərarını dərin təəssüflə qarşılayıb.

Ali Məhkəmə bundan əlavə qadın məsləhətxanalarının 11 metrliyində etiraz aksiyalarından azad zona yaradılmasına dair Massaçussets qanununu ləğv edib.

Hökmü yekdilliklə qəbul edən hakimlər bunu söz azadlığının pozulması kimi qiymətləndirib.