vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜSAHİB  
08:24 | 28 iyun 2014 | Şənbə Məqaləyə 2729 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Arada amerikalıların pulları xərclənir»

Zərdüşt Əlizadə: «Onlar da bunu nəzərə almasalar, özləri də itirəcəklər»

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın dövlət katibi Con Kerri Parisdə jurnalistlər qarşısında çıxışı zamanı amerikalı diplomat deyib ki, ABŞ rəhbərliyi ilə avropalı müttəfiqləri Rusiyaya qarşı yeni sanksiya planını razılaşdırıb. Hafta.az-a müsahibəsində politoloq Zərdüşt Əlizadə bu və digər məsələlər barəsində danışıb. Vaxt.az müsahibəni oxucularına təqdim edirik:


- Con Kerrinin bəhs etdiyi sanksiya nə ola bilər?

- Amerika daha öncə Rusiyanın yüksək rütbəli şəxslərinə ölkəyə girişinə qadağa qoyub. Bu sanksiyalar Rusiyaya birinci xəbərdarlıq idi. İkinci mərhələdə isə Rusiyadan idxal edilən ərzaq məhsullarına məhdudiyyət   qoyula bilər.

 

- Bir zamanlar Avropada Türkmənistan qazı mövzusu müzakirə edilirdi. Rusiyanın qazına qadağa qoya bilərlər?

 - Xeyr, Türkmənistan qazının Avropaya ixracı üçün boru xətti mövcud deyil. Azərbaycanın da qaz ehtiyatı Rusiya ilə müqayisədə çox azdır. Buna görə də Avropanın böyük əksəriyyətinin demək olar ki, Rusiya qazına ehtiyacı var. Buna görə də onlar sanksiyalarını qaza tətbiq etməyəcəklər. 

 

- Sanksiyaların genişlənməsi Qərbə əks təsir göstərəcək?

- Demək olar ki, sanksiyaların genişləndirilməsi onların özləri üçün təhlükəli olacaq. Təsadüfi deyil ki,  Amerikanın və Avropanın bir çox biznes təşkilatları, ticarət palataları  siyasi hakimiyyətə müraciət edərək bildiriblər ki, axmaqlıq etməyin.  Çünki sanksiyaların genişləndirilməsi bizim şirkətlərin fəaliyyəti üçün zərərlidir. Onlar da bunu nəzərə almasalar, özləri də itirəcəklər. Mən düşünmürəm ki, hansısa böyük sanksiya tətbiq ediləcək.

 

- Con Kerri Lavrovla telefon danışığı zamanı İŞİD-ə qarşı mübarizə aparacaqlarından da danışıb. Bu barədə nə düşünürsüz?

- İŞİD Amerikanın öz layihəsidir. İŞİD-in  fəalları İordaniyada Amerika təlimatçılarının rəhbərliyi  altında hərbi  hazırlıq keçiriblər.  Amerikanın pulları hesabına silahlanıblar.  »Taliban» kimi İŞİD-i də Amerika maliyyələşdirib. Onlar özləri yaradırlar, sonra da yaratdıqlarına qarşı mübarizə aparırlar. Arada isə amerikalıların pulları xərclənir.

 

- Ərəb ölkələrinin də müsəlmanları qırılır.

- Onlar da ağıllansınlar da artıq. Nə qədər parçalanmaq olar. Sünni, şiə, nurçu və s.  Neçə yerə bölünüblər. Ərəb ölkələrinin əhalisinin savadsızlığından istifadə edirlər.