vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
09:25 | 28 iyun 2014 | Şənbə Məqaləyə 3153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şərqi Asiyada böhran

Çin, Vyetnam, Filippin, Yaponiya və Koreyalar sularda nəyin kimə məxsus olduğunu ayırd etməyə çalışırlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Asiyada su ərazisi mübahisələri getdikcə dərinləşir. Cənubi Koreyanın hərbi dəniz donanması Şimali Koreyanın mümkün hücumlarına hazırlıq məqsədi ilə təlimlər keçirir.

Yonhap xəbər agentliyinin məlumatına görə, dəniz təlimləri adi hal olsa da, bu haqda ilk dəfə ictimaiyyətə məlumat verilib.

Təlimlər Yaponiyanın ciddi qəzəbinə yol açıb. Tokio təlimlərin onun ərazisində keçirildiyini iddia edir.

Cənubi Koreya təlimləri Dokdo adlanan ada yaxınlığında keçirib. Yaponiya isə Takeşima adlandırdığı bu ərazinin ona məxsus olduğunu bildirir. Yaponiyanın nazirlər kabinetinin katibi Yoşihide Suqa təlimləri qəbuledilməz adlandırıb. O, Seulun bu əməlinin təəssüf doğurduğunu deyib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi isə Yaponiyanın heç bir tələbinin nəzərə alınmayacağını bəyan edib. Nazirlik təlimlərin planlaşdırıldığı şəkildə davam etdiriləcəyini bildirib.

Cənubi Koreyanın admiralı Hvanq Ki-Çul Şimalın təhrikçiliyi təqdirində onun sualtı qayıqlarının məhv ediləcəyi ilə hədələyib.

Bu həftənin əvvəlində Şimali Koreya lideri Kim Cong Un dəniz donanması obyektlərinin birində olub və sualtı qayıq yaxınlığında şəkil çəkdirib. Dövlət mediası Kimə istinadən bildirib ki, o, zabitlər və əsgərləri düşmən işğalına hazır olmağa və onu dəf etməyə çağırıb.

3 min kilometr cənubda isə Çinin dəniz fəaliyyətləri Vyetnamın ciddi narahatlığı ilə qarşılanıb.

Çinin Nanhai-9 gəmisi Hainan adası yaxınlığında dayanır.  Vyetnam gəminin onun gəmilərinin marşrutuna maneə törətdiyindən şikayətlənir. Tonkin körfəzinin su sərhədlərinə dair konsensus əldə edilməyib. Narazılıqlar Vyetnamda Çin əleyhinə etiraz aksiyalarına yol açıb.

 Çin 1974-cü ildə Cənubi Vyetnamın Parasel zəncirini zəbt edib. İki ölkə arasında quru sərhədlərinə dair müharibə 5 il ondan sonra başlayıb.