vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
16:42 | 29 iyun 2014 | Bazar Məqaləyə 2929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gənclərin gözü aydın

Evsiz ailə qalmayacaq, ayda 60 manat ödəməklə mənzil sahibi olacaqlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial yönümlü xalq evlərinin tikintisi gündəmə gəldi. Milli Məclisdə bu istiqamətdə müzakirələr aparılır. Bəs bu evləri necə əldə etmək mümkün olacaq və hansı şərtlə gənclər bu evə sahib ola biləcək?


Evi olmayan gənclərə müjdə. Vaxt.az «Xəzər xəbər»ə istinadən xəbər verir ki, ayda 60 manat ödəməklə 60 kvadratmetrlik ev almaq mümkün olacaq. Bununla bağlı Mənzil Məcəlləsində sosial yönümlü evlərin tikintisi nəzərdə tutulub. «Xəzər xəbər»ə müsahibə verən Millət vəkili Hadi Rəcəbli belə deyir:

«Əslində belə başa düşülməlidir ki, dövlət bu evi onlara bağışlayır həmin adamlara. Amma simvolik olaraq oradakı insan faizsiz kredit ödəyir. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu baxımdan belə bir addımın da atılması gündəmdə var. Bu bizim dövlətimizin başçısının bir istəyidir. Bu da zaman həyata keçirilir və keçiriləcək də».

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosial yönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyir...

«Onlar nikaha girən zaman birinə mütləq iş verilsin ki, bununla da sosial durumu ağır olan gənc ailəyə faizsiz uzun müddətli ipoteka krediti verək. Bu ona oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Bax bu cür sosial yönümlü evlərdir . Bu dünyada mövcuddur və ailənin möhkəmlənməsinə təsir edəcək. Əlbəttə bunun üçün maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir onda bunu da banka dövlət ödəməlidir. Bu barədə düşünürük».

İqtisadçılar dövlətin bu addımının evsizlik probleminin həllinə ciddi şəkildə kömək edəcəyini düşünürlər. Aylıq ödənəcək məbləğin aşağı olması isə təşəbbüsün hər kəs üçün əlçatan olmasını təmin edəcək. İqtisadçı ekspert Vüqar Bayramlı bu addım müsbət qiymətləndirir:

«Hesablamalarımız göstərir ki gənc ailə ayda 60 manat ödəməklə 2 otaqlı ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanına da malik olacaq. Bütü hallarda isə həmin şəxs il boyu bu evdə qalmaq hüquqi olacaq».

Layihənin digər bir üstünlüyü isə sosial yönümlü evə sahib olmaq istəyən gənclərdən iş yerindən arayışın tələb olunmayacağı ilə bağlıdır. Vüqar Bayramlı bundan gənclərin işini daha da asanlaşdırdığını bildirir:

«Aylıq ödəniş 60 manat olduğu üçün vətəndaş iş yerindən arayış təqdim etmədən belə sosial mənzilə sahib ola biləcək. Buda imkan verəcək ki vətəndaş sosial mənzilə sahib olan zaman da hətta iş yerindən arayış almadan bu evə sahib çıxır. Bunun elə məhz xalq evinin adlanmasında səs odur ki əhalinin az təminatlı gənc ailələr üçün nəzərdə tutulur. Yalnız o gənc ailələrə veriləcək».

İqtisadçı Vüqar Bayramov düşünür ki, sosial yönümlü xalq evlərinin tikilməsi dövlət büdcəsinə əlavə yük olmayacaq:

«İl ərzində 1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait ayrılmaqla bu layihəni həyat keçirməklə mümkün olacaq. Buda imkan verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və buda öz qiymətinə vətəndaşa təklif olunacaq».