vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
16:11 | 30 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kreml rayonları Azərbaycana qaytarır»

«İrəvan isə çarəsiz şəkildə prosesi izləyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistanda yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə qarşı çıxmaq olmaz». Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni politoloq Akop Badalyan çıxış edib. O, Putinin Azərbaycan vasitəsilə Qafqazda möhkəmlənməyə çalışdığını deyib:


«Son günlər rus diplomatlarının Bakıya səfəri Qarabağ ətrafında danışıqların intensivliyindən xəbər verir. Putin İlham Əliyevi Avrasiya İttifaqına cəlb etməyə çalışır. Çox güman ki, Moskva Bakı ilə Qarabağda öz sülhməramlılarını yerləşdirməklə nə qədər rayonun Azərbaycana qaytarılması məsələsi ilə əlaqədar danışıqlar aparır. Bəs Avrasiya İttifaqına üzvlük danışıqlar predmetidirmi? Rusiya Azərbaycanın üzvlüyü məsələsində heç bir narazılıq göstərmir. Amma Putin anlayır ki, bu, yalnız Türkiyə və Qərbin Avrasiya İttifaqına Azərbaycanı itələyəcəyi təqdirdə mümkün olacaq. Görünür, Ankara məhz bu məsələ ətrafında Moskva ilə danışıqlar apararaq, Bakı üçün nə isə sövdələşmək istəyir. Azərbaycanı öz təşkilatına cəlb etməklə Moskva Qafqazda öz mövqelərini tam gücləndirməyə çalışır. Bunun üçün isə Rusiya mütləq Qarabağa qoşun yeritməlidir. İlham Əliyev Rusiyanın bu istəyi qarşısında müxtəlif manevrlər etməklə ölkəsini qoruyur. İrəvan isə çarəsiz şəkildə prosesi izləyir. Ermənistanda yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə qarşı çıxmaq olmaz. İrəvanın məsələyə tərs reaksiyası hakimiyyətin təcili şəkildə dəyişdirilməsi ilə nəticələnəcək. Görünür, Qarabağ və Ermənistanın ATƏT-ə müraciəti də son xilas çağırışıdır».