vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
17:44 | 30 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramazan reydləri

İranda oruc tutmayanlara qarşı əməliyyat keçirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 29-dan Tehran polisi paytaxt küçələrində, yeməkxanalarda, avtomobillərdə və digər ictimai yerlərdə oruc tutmayanlara qarşı əməliyyat tədbirlərinə başlayıb.


Tehran hüquq mühafizə qüvvələrinin əməkdaşları Ramazan ayının 1-ci günündə paytaxtda reydlər keçirərək küçələrdə, parklarda yemək yeyən, avtomobillərin içində siqaret çəkən yüzlərlə vətəndaşı saxlayaraq onlara xəbərdarlıq edib, bəzilərini isə polis bölmələrinə aparıblar.

Polis qüvvələri həmçinin hazır yeməklər satan yüzlərlə «fast food» mağazalarına baxış keçirərək müştərilərə sendviç və digər hazır yeməklər satan mağazaların sahiblərini cərimələyib, bəzilərinin isə fəaliyyətinə qadağa qoyublar.

Polisin paytaxt küçələrindəki əməliyyatının Ramazan ayının sonuna qədər davam etdiriləcəyi bildirilib.