vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
10:55 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səkkizinci Avropa Parlamenti işə başlayır

Bundan başqa İranla nüvə proqramı danışıqları da keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu həftə 186 milli partiyadan 751 parlamentari Strasburqda toplaşacaq. İyulun 1-də rəsmi olaraq 8-ci Avropa Parlamenti formalaşacaq. Bu barədə «EUobserver» xəbər verir.


May seçkilərində parlamentdə 60 yeri itirsə də, mərkəz-sağ EPP qrupu (Avropa Xalq Partiyası) yeni parlamentdə 7 siyasi fraksiyadan ən böyüyüdür. Radikal soldan tutmuş avroskeptik sağ qruplara qədər partiyalarda elə bir dəyişiklik olmayıb. Fransadan Marin Lö Penin radikal sağ partiyası parlament qrupu formalaşdırmaq üçün digər 6 Aİ ölkəsinin parlamentarilərinin dəstəyini qazanmayıb. Qeyd edək ki, parlamentarilər ilk öncə özlərinə yeni prezident seçəcəklər.

Parlamentin 2 ən böyük qrupu arasındakı razılığa əsasən, görünür, sosialistlərin aparıcı lideri Martin Şults vəzifəsində qalacaq. EPP və sosialistlər arasındakı razılığa görə, parlamentin 2-ci müddətində mərkəz-sağ qrupun namizədi prezident olacaq. Hər iki qrup indi sayca əvvəlkindən daha azdır. Üstəlik, digər kiçik qruplar prezidentin seçilməsi haqqında həmin «razılığa» əks reaksiya veriblər. Ona görə də Martin Şults bu dəfə 2014-cü ildəki kimi böyük qələbə qazanmayacaq. Şultsun rəqibləri Britaniya mühafizəkarı Səyyad Kərim, GUE qrupunun ispan üzvü Pablo İglesias, Avstriyanın «Yaşıllar» partiyasından Ulrike Lunacekdir.

İyulun 3-də parlamentarilər assambleyanın qanunverici komitələri üzrə vəzifələri təsdiqləyəcəklər. Həmçinin 14 vitse-prezident də təyin olunmalıdır. Sessiyada Yunanıstanın 6 aylıq Aİ sədrliyi sona çataraq İtaliyaya keçəcək. İyulun 2-də İtaliyanın baş naziri Matteo Rentsi parlamentarilərə növbəti 6 ay üçün öz prioritetlərini təqdim edəcək.

May seçkilərində böyük qələbə qazanan partiyalardan biri də Rentsinin mərkəz-sol Demokratik Partiyasıdır. Partiya 31 yerlə 191 üzvü olan S&D qrupunda sayca ən çox milli nümayəndələrlə təmsil olunur. Parlamentarilərdən Gianni Pitella və Roberto Gualtieri qrupa və iqtisadi məsələlər üzrə komitəyə rəhbərlik etməyə hazırlaşırlar.

Rentsi İttifaqın stabillik və inkişaf paktının şərtlərinin bir az yumşaldılması üçün müzakirələr keçirəcəyini bildirib. Həmin qaydalara görə, hökumətlərin büdcə defisiti 3 faizi keçməməlidir. Aİ-nin defisit məhdudiyyətlərinə əməl etsə də, İtaliyanın ləng iqtisadi artımı ölkənin borclarının ÜDM-nin 130 faizi həcmində olmasına gətirib çıxarıb.

Avropa Komissiyası növbəti həftələrdə Aİ xaricində əqli mülkiyyət hüquqlarının qorunması qaydalarının möhkəmləndirilməsini müzakirə edəcək.

Bundan əlavə, iyulun 2-də Vyanada Aİ-nin xarici siyasət rəhbəri Ketrin Eştonun başçılığı ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar da davam etdiriləcək.