vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
16:42 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Kərimlini qovdular

Partiya sədri otelə buraxılmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

AXCP sədri Əli Kərimliyə Bakıda avropalı deputatlarla görüşməyə imkan verilməyib. Ə.Kərimli deputatlarla ATƏT PA-nın sessiyasının keçirildiyi «Fairmont» otelində görüşməyə cəhd edib.


Ə.Kərimlinin avropalı deputatlarla görüşü otelin foyesində mühafizə xidmətinin əməkdaşları tərəfindən yarımçıq kəsilib. AXCP sədrindən oteli dərhal tərk etmək tələb olunub. Buna görə də görüş paytaxtdakı kafelərin birində davam etdirilib.

Ə.Kərimli öz «facebook» səhifəsində yazıb ki, otelə onunla görüşmək istəyən avropalı deputatların bir qrupunun xahişi ilə gedibmiş.

Qeyd edək ki, bundan əvvəl də Leyla Yunus ATƏT PA-nın tədbirinə buraxılmamışdı.

Qaydaya görə, ATƏT təmsilçilərinin təhlükəsizliyinin təminatına bu qurumun tədbirlərinin keçirildiyi ölkənin təhlükəsizlik xidməti cavabdehdir və hamı onun tələblərinə tabe olmalıdır.