vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
19:49 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günəş vannalarına aludəçilik narkomaniya kimidir?

Dərini qaraltmaq dəbi xüsusən cavan nəsil arasında geniş yayılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlərin fikrincə, günəş vannalarından xoşlanmaq alışqanlığa çevrilə bilər. Harvard Tibb İnstitutu alimlərinin araşdırmaları göstərib ki, günəş şüaları insan orqanizmində (onu «sevinc hormon»u da adlandırırlar) endorfin maddəsinin yaranmasına səbəb olur.


«Cell» elmi-jurnalında dərc olunmuş məqalədə deyilir ki, günəş şüaları sınaq siçanlarının orqanizmində xoş duyğularla bağlı hormonların istehsalına səbəb olur.

Bundan əvvəl belə ehtimallar da irəli sürülürdü ki, insanlarda ultrabənövşəyi şüalanma aludəçiliyi yarana bilir.

Günəş vannası salonlarına gedən hər üç tələbədən birində alüdəçilik əlamətləti qeydə alınıb.

Massaçussets xəstəxanası və Harvard İnstitunun birgə apardığı tədqiqatdan məqsəd belə bir aludəçiliyin yaranma mexanizmini araşdırmaqdır.

Alimlər bu təcrübə zamanı belləri qırxılmış siçanları Florida ştatında 6 həftə müddətində hər gün günorta vaxtı yarım saatlığa günə veriblər.


Ləzzət hissi


Analizlər göstərib ki, ultrabənövşəyi şüalanma dəridə proopiomleanokortin adlı zülalın istehsalına səbəb olur. Bu maddənin tərkibinə bədənin qaralmasını təmin edən melanin piqmenti və endorfinlər qrupu daxildir. Endorfin maddəsi adətən beyində istehsal olunur və ləzzətalma mərkəzini idarə edir.

Bu maddələr orqanizmdə adətən heroin və morfinin təsir göstərdiyi sistemləri təsirləndirir.

Təcrübə altında olan siçanlara narkotik maddələrin təsirini bloklayan preparatlar verildikdən sonra (belə preparatlardan narkomanların müalicəsində istifadə edilir) onlarda titrəmə və konvulsiya kimi müqavimət sindromları müşahidə edilib.

Bundan sonra siçanlar belə preparatların qoyulduğu yemliklərdən uzaq durmağa çalışıblar ki, bu da aludəçiliyin əlaməti hesab olunur.

Lakin nəticələr siçanların ultarbənövşəyi şüalanmanın daha yüksək dozasına can atdıqlarını göstərmir.

Massaçussets xəstəxanasından doktor David Fisher bildirir ki, günəşə canatımı mexanizminin mövcudluğu şübhə doğurmur və bu, görünür orqanizmdəki D vitamninin miqdarı ilə bağlıdır.


İnanmayanlar da var


Lakin bir sıra alimlər alınmış nəticələrdən razı qalmayıblar.

Kembric Universitetindən professor David Belinin qənaətinə görə ultrabənövşəyi şüalanmaya aludəçilyi olan siçanlar ultrabənövşəyi lampanın altında olmağa can atmalı idilər.

«Əgər insanlar doğrudan da günəş narkomanına çevrilsəydilər, biz aludəçiliyin klassik simptomları ilə üzləşərdik. Yəni adamlar iş-güclərini və ailələrini atar, hər gün çimərliklərə cumar, birdəfəlik çıxıb Fransanın cənubuna gedərdilər» – deyir doktor.

Lakin həkim bunu da etiraf edir ki, tədqiqat günəş şüaları altında endogen opiodların yaranması faktını bir daha nümayiş etdirib.

Professor Fisher bildirir ki, onun tədqiqatından məqsəd son illərdə ABŞ-da dəri xərçəngi hallarının artmasına nəyin səbəb olduğunu araşdırmaqdır.