vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QARABAĞ  
20:20 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsgərlərimiz düşmənə hücum etdi

Ermənilərin bir postu mühasirəyə alınıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün gündüz saatlarında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərlərinin düşmən üzərinə hücumu olub. Virtualaz.org saytı bu barədə erməni nəşrlərinə istinadən bildirir. Xəbəri «Novosti Armenii» agentliyi yayıb.


«İyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri erməni ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Lakin Azərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb. Ermənistan ordusu heç bir itki verməyib» - deyə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan erməni mətbuatına açıqlamasında bildirib.

Qeyd edək ki, son həftələr ərzində erməni ordusu Azərbaycanın yaşayış məntəqələrini və dinc sakinləri, o cümlədən Naxçıvanı intensiv şəkildə atəşə tutur.

Həmçinin erməni nəşrlərinin yaydığı məlumata görə, erməni hərbçiləri Ermənistan-Naxçıvan sərhədindəki neytral dağlıq zonada bəzi yüksəklikləri ələ keçirib.