vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
18:06 | 25 dekabr 2012 | Çərşənbə axşamı Məqaləyə 799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kədərli qan damlaları»

Günay ARDA

Kədərin Bakı üzrə meneceri, dostum, yazar Dilqəm Əhməd mənə maraqlı bir hadisə danışdı. Deməli, radio bir dəfə sorğu keçirir. Sorğuda belə bir sual qoyulub ki, Monqolustanda iki maşın üz-üzə gəlir və qəza baş verir. Bu qəzanın özəlliyi nədən ibarətdir? Sual ətrafında bütün dinləyicilər baş sındırır. Axırda məlum olur ki, yeganə özəllik ondan ibarətdir ki, Monqolustanda elə cəmi iki maşın var imiş. O maşınlar da, nə hikmətsə 1,5 milyon kvadratmetr ərazidə yer tapmayıb qabaq-qənşər bir-birinə çırpılıb.

Hazırda Azərbaycandakı ictimai, siyasi, ədəbi mühitdəki gəncliyin vəziyyəti də Monqolustanda qəza vəziyyətindəki iki qotur maşını xatırladır. Dönüb dolaşıb eyni yerə, eyni mövzuya, eyni insanlara qayıdırıq.
Bu ilin adamı mətbuat üçün sözsüz-şəksiz Elşad Abdullayev, ilin əşyası Elşad Abdullayevin adaptoru arxasından düşməyən kamerası oldusa, ilin mövzusu da iki damla qan söhbətidir. XXI əsrdə məmə yeyənindən, pəpə yeyəninə qədər hamı bu il bakirəlikdən yazdı. Bakirəlik mövzusu yazarlarımızın əbədi və əzəli mövzusuna çevrildi.
Deyilənə görə, yazarlara belə bir qayda tətbiq edilib. Hər yazarın köşəsindən iki damcı qan tökülməsə redaktorlar yazını geri qaytarır. Bakirəlik mövzusu çoxdan bakirəliyini itirib. Boğaza yığıldıq, bezdik. Niyə biz nə illah ediriksə, beldən yuxarıya qalxa bilmirik? Niyə ilişib bu qədər aşağılarda hərlənirik?
Freyddən gizli deyil, bəndədən gizlətməyin mənası yoxdur. Bu yazıların arxasında yeganə səbəb şüuraltındakı komplekslər, cinsi yorğunluq və aclıq dayanır. Altmışıncılardan indiyə qədər yazar harınlığı, yazar müftəxorluğu özünə “dur” deyə bilmir. “Yazıçıyam, xalq məni saxlamalıdır” iddialarına camaat cibindən pul çıxarmaq yerinə üç barmaq göstərdi.
Yazarlar, ictimai sektor indi də şanslarını cinsi tələbatı pulsuz həll eləməkdə sınamaq istəyirlər. Azərbaycanda ikinci yazısı çapdan çıxan, bir ictimai görüşdə iştirak edən qadın tayfası özünü seks simvol hesab eləyirsə, azərbaycanlı kişi də birmənalı şəkildə Alen Delona çevrilir. Ona elə gəlir ki, yazılarını oxuyan, fikirləri ilə razılaşan bütün qızlar eyni zamanda onunla sekslə məşğul olmağa da borcludur. Bu Kafkacıqlara, Ekocuqlara qəfildən vəhy gəlir.
Bir yazıdan sonra ağıllarına gəlir ki, əslində o xalqı xilas edib, xalqın qızları da bu xilasın qarşılığında ona bakirəliyini təqdim etməlidir. Təəssüf ki, xalqımın qeyrətli qızları da bu təqdimetmə tələbindən elə də xoşhal olmur. Təqdimetməni saxlayır, yaxın və qeyri-müəyyən gələcəyə.
Niyə ekocuqlara elə gəlir ki, xalqın qeyrətli qızları seksdən imtina edib və hamının dərdi-səri iki damla qandır. Doğrudanmı, onlara elə gəlir ki, Azərbaycanda qeyrət əlindən yarıb-yerimək olmur?
Ağalar, Azərbaycan insan alveri və fahişəlik məsələsində dünyanın ən bərk gedən ölkələrinin qabağında qürurla sinəsini gərir. Şəhərə gələn turistlər 1 saat Bakını fırlanandan sonra “Bakıdan sperma iyi gəlir” deyirlər. Yaxın Şərq ölkələrindən sonra ən ucuz seks xidməti Bakıdadır. Küçədə, gündüz günorta çağı istənilən qadın xoşuna gələn oğlanı qoltuğuna vurub hara desən apara bilir. Küçədə öpüşmək qadağan olunsa da, pullu seks təklifi müəyyən ərazilərdə sərbəstdir.
El qızları qaşlarını aldırmaqdan ar eləsələr də, hansı ginekoloqda ucuz mini abort edilməsi haqda mükəmməl informasiyaya sahibdirlər. Sizə nə olub? Sizin dərdiniz nədir? Günün birində bığıburma bacılardan biri durub sizə sual versə ki, qardaş, xar mənim, xırmanlıq mənim. Get işinlə məşğul ol. Bax, onda divara dirənəcəksiniz.
Ölkə mətbuatı qeyrət üstündə hər gün yabalaşan ər-arvadlardan yazır. Küçənin ortasında, övladlarının qarşısında ər arvadını qanına qəltan edir. Arvad qonşusuna qoşulub qaçır, ər doğma qızını zorlayır. Bir sözlə, ölkədə qan su yerinə gedir. Siz də iki damla qandan ötrü nəfəsinizi, qələminizi, oxucunu tükədirsiniz.
Bu ölkədə qadın problemi, seks problemi yoxdur. Təbrizdəki qadınlar Bakıya seks xidmətinin ucuz olduğu Lvov kimi baxırlar. Ərlərini təkbaşına Təbrizdən Bakıya gəlməyə qoymurlar. Bu cür güllük-gülüstanlıq, firavan ölkəmizdə kişi qadın qıtlığı çəkirsə, hələ üstəlik, həmin kişi yazardırsa, qadınları əlcək kimi dəyişən S.Yeseninin, Nazim Hikmətin, Bulqakovun, Buninin goru çatlasın.
Biz damarımızdakı ən son damla qana qədər saxtayıq, ikiüzlüyük. Guya ki, hansısa tabuları yıxmaq adı ilə bakirəlikdən keçməyi tələb edirik. Bakirəlik çoxdan intim mövzu deyil. Mövzu olaraq çoxdan enerjisini itirib. Bu mövzuda məsələ çoxdan həll olunub. Ölkədə hər beş uşaqdan biri təsadüfi əlaqədən doğulmuş uşaqlardır. Ailə modeli, kişi-qadın münasibətləri içiboş vedrəyə oxşayır.
Dar ayaqda ancaq səsi gəlir. Cəmiyyətdən hayqırıb bakirəlikdən vaz keçmək tələb edən budda liberallar çətinliyə düşən kimi “ana-bacı” söhbəti edir. Mövzu öz sevgilisi, bacısı, arvadıdırsa liberallıq, özgür cinsi həyat deyəndə ağzına çullu dovşan sığmayanlar dönüb olurlar, əliyabalı məmmədhəsənlər.
Uca qalamız, and yerimiz AZTV-nin təbiri ilə desək, bir haşiyə çıxıram:
Dinsizi də, dindarı da, bakirəsi də, “azad cinsi həyat” deyib heykəllərlə yatanı da yalançıdır. Bizim heç birimizdə heç bir ideologiyaya, düşüncəyə təmiz hiss yoxdur. Təsəvvür edin, bu qədər dindarlığa iddialı olan ölkədə 21 dekabrda məscidlər boş qaldı. Cümə günü “əməlisaleh” inancıkamillər cümə namazına gəlmədi. Dindarlar əzrayıldan evdə gizləndi. Gizlənmək üçün isə Allahın evi bildiyi məscidi yox, komasını etibarlı bildi. Bizim çiynimizi arxayıncasına qoyduğumuz heç nəyimiz yoxdur.

***

Bakirəlik mövzusu da Elşad Abdullayevin kinder sürpriz videoları kimi artıq həyacanlandırmır. Biz bir-birimizi yaxşı tanıyırıq. Metroda sıxlıqdan istifadə edib anası yaşında qadına əl çəkən oğlanlara azad seksdən yazmaq öküzə qırmızı parça göstərmək kimi bir şeydir.
Bakirəliyini itirmiş ilin son yazısını bağlı elan edirəm.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)