vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TƏDBİR  
12:31 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 2920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səviyyəmizi göstərdik»

Eldar İbrahimli: «Onlar da bunu çox yüksək qiymətləndirdilər»

Gültəkin ƏLƏSGƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT Parlament Assambleyasının (PA) iyunun 28-də Bakıda başlayan 23-cü yay sessiyası bu gün öz işini başa çatdırıb.


«İclas çox əlamətdar mövzuların müzakirəsi, qəbul olunan sənədlərlə yadda qaldı». Millət vəkili Eldar İbrahimli Modern.az-a ATƏT Parlament Assambleyasının yaddaqalan məqamlarından danışarkən belə deyib. Millət vəkilinin sözlərinə görə,  ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilməsi Azərbaycana yeni imic qazandırdı. 57 ölkənin parlamentariləri ölkəmizdəki inkişafı ğördülər. Paytaxtdan kənara gəzməyə gedən ATƏT nümayəndələrinin olduğunu deyən millət vəkilinin sözlərinə görə, təşkilatın sessiyasında ən yaddaqalan hadisələrdən biri də prezident İlham Əliyevin çıxışı oldu.

«Prezidentin, Milli Məclis sədrinin nitqi bir daha göstərdi ki, Azərbaycan nə qədər inkişaf edib. Ayrı-ayrı komitələrdə müzakirələr aparıldı. Siyasi və təhlükəsizlik komitəsində Bahar Muradova, Azay Quliyev, iqtisadiyyat komitəsində mən, insan haqları komitəsində Rəbiyyət Aslanova çıxış etdi. Təbii ki, biz çıxışlarımız zamanı ölkəmizin problemlərindən yox, bu problemlərin artıq ATƏT tərəfindən diqqət mərkəzində olduğunu qeyd etdik. Xüsusilə də torpaqlarımızı işğal edən, Ermənistandan gələn həmkarlarımız, bütün deputatlar bizdən razı getdilər. Bu gün də çıxış edənlərdən elə bir nəfər olmadı ki, Azərbaycana, bu tədbirin təşkilinə görə başda prezident və Milli Məclisin sədri olmaqla təşəkkür etməsinlər. Çünki çox yüksək səviyyədə təşkil olunmuşdu».

20 ilə yaxın ATƏT-in Parlament Assambleyasının üzvü olduğunu deyən E.İbrahimov heç bir ölkədə yay sessiyasının Bakıdakı kimi təşkil olunmadığını deyib: «Çünki prezident ATƏT-in Parlament Assambleyasına çox böyük diqqət yetirdi. Prezidentin çıxışından sonra qonaqlara axşam ziyafətinin verilməsi, Milli Məclis sədrinin, Baş nazirin adından ziyafətlərin təşkili də bütün əcnəbi deputatların çox xoşuna gəldi. Bizim tərəfimizdən onlara böyük qayğı göstərildi. Biz öz səviyyəmizi göstərdik. Səbrlə, diqqətlə onlara yanaşdıq. Onlar da bunu çox yüksək qiymətləndirdilər».

ATƏT-in Parlament Assambleyasının bugünkü son iclasında Bakı qətnaməsinin qəbul olunduğunu deyən millət vəkili burada bütün müzakirə olunan məsələlərin öz əksini tapdığını vurğulayıb. Sonda E.İbrahimov prezident İlham Əliyev başqa olmaqla Milli Məclisin sədrinə və bu tədbirin təşkilində bütün əziyyəti keçən şəxslərə təşəkkürünü bildirib.