vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SAĞLAMLIQ  
19:53 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 2973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir dəqiqədən çox olmaz»

«Daldalanmış bir məkanda istirahətə üstünlük verilməlidir»

Ayşən MÖNSÜMLÜ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Günorta saat 12 və 16:00 arası olan müddət günəş şüalarının ən təhlükəli olan vaxtlarıdır. Bu müddət ərzində günəş şüaları altında 1 dəqiqədən artıq qalmaq qətiyyən məsləhət deyil». Bunu Modern.az saytına tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Yay aylarının qızmar isti günlərində günəşin təhlükəli şüalarından qorunmaq üçün professor bir sıra məsləhətlər verib.


«Əvvəla bu vaxt aralığında ultrabənövşəyi şüaların neqativ təsiri, digər tərəfdən günəş şüalarının təsiri nəticəsində bədəndə istilik tənzimi pozulması baş verir ki, bu saat aralığında insanlar daha diqqətli olmalıdırlar. Hətta çimərliklərdə, istirahət məkanlarında dincələn insanlar da bu saat aralığını - 12:00-16:00 diqqətə almalıdırlar. Əsasən günəş şüasından daldalanmış bir məkanda istirahətə üstünlük verməlidirlər.
İkinci diqqət olunması bir məqam da saçı seyrək olan insanlara aiddir ki, onlar daha çox həssas yanaşmalıdırlar. Belə ki, həmin şəxslər günəş şüalarından qorunmaq üçün müəyyən ventilyasiyalı baş örtüklərindən istifadə etsələr daha məqsədə uyğun olar. Digər məsələ isə ondan ibarətdir ki, əgər qapalı bir yerdə hansı ki, günəş şüası oraya düşməsə də, məkanın özü istidir, bu zaman orada olan insanlara istivurma baş verə bilər. Belə ki, insan uzun müddət yüksək temperaturda qaldıqda, yenə də bədənin istilik tənzimi pozulur və bu zaman istivurma halı qeydə alınır. İstivurma və günvurmanın klinikaları bir-birinə yaxındır. Yəni bu zaman arterial qan təzyiqi düşməsi, xəstəni soyuq tər basması, hətta bayılmalar da yaşanır. Bu halda xəstə, dərhal zərər çəkdiyi məkandan uzaqlaşdırılmalı, daha sərin bir məkana aparılmalıdır. Bu, həkimə qədər ki ilkin tibbi yardımın ən mühüm elementidir. Bundan sonra xəstənin alnına, bədənin müxtəlif yerlərinə buz qoyulur. Həkimə qədər olan tibbi yardım bəzən həkim yardımından da önəmli olduğu üçün bu tədbirləri daim yadda saxlamaq lazımdır ki, nəticəyə müsbət təsir göstərmək olsun» deyə həkim, professor Adil Qeybulla məlumat verib.

Qeyd edək ki,  Bakı şəhər təcili tibbi yardım stansiyasından verilən məlumata əsasən may ayından bu günə qədər 12 nəfər günvurmadan xəstəxanaya müraciət edib.