vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
18:21 | 4 iyul 2014 | Cümə Məqaləyə 2604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hökumətin formalaşması çox vaxt aparacaq»

Aİ-də aparıcı vəzifə Belçikanın əlindən çıxa bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəzifədən gedən baş nazirin sözlərinə görə, Brüsseldə Aİ Komissiyasındakı yüksək vəzifə Belçikanın əlindən çıxa bilər. O, bunun səbəbini hökumətin gec formalaşdırılmasında görür. Xəbəri «EurActiv France» agentliyi yayıb.


Birinci dəfə deyil ki, Belçika siyasətində hökumətin formalaşması üçün danışıqlar bitmək bilmir. Bu isə mübarizənin gərgin olduğu bir vaxtda Belçikanın Aİ Komissiyasında nüfuzunu azalda bilər.

«Hökumətin formalaşması çox vaxt aparacaq. Növbəti Belçika komissarı ilə bağlı qərar federal hökumət formalaşmamışdan əvvəl veriləcək», - Gent Universitetinin politologiya elmləri üzrə professoru Hendrik Vos deyib.

 

Danışıqlar nəticəsizdir

 

Yeni hökumətin formalaşması üçün müxtəlif Belçika partiyalarının bütün fikirləri və siyasi məqsədlərini toplamaq flamand separatçı partiyasının (N-VA) sədri Bart de Veverə həvalə olunub. İyunun 25-də o öz hesabatını təqdim edib. O, Belçikanın Xristian-Demokrat Partiyası (CD&V və CDH) və fransızdilli Liberallar Partiyası (MR) ilə birlikdə hökumət formalaşdırmağa müvəffəq olmayıb. Sədr Bönua Lütgenin «orda inam yoxdur» sözlərindən sonra CDH partiyası bundan imtina etmişdi.

Bütün partiya liderləri ilə danışan Belçika Kralı Veverin yarımçıq qoyduğu işi və məsələnin həllini fransızdilli Liberallar Partiyasının lideri Şarl Mişelə (Charles Michel) tapşırıb. Şarl Mişelin partiyası ilə Sosialistlər və Xristan-Demokratlar Partiyası arasında gərginlik olduğuna görə tapşırıq onun üçün asan olmayacaq.

 

Komissar mümkün qədər təz təklif olunmalıdır

 

«Belçika tezliklə kiminsə irəli sürülməsində çox maraqlıdır», - baş nazir Elio di Rupo 26-27 iyun Avropa sammitində deyib.

Növbəti addımlar üçün rəsmi qrafik müəyyənləşməyib. Aİ Komissiyasının yeni prezidenti Jan-Klod Yunker yay ərzində Komissiya üçün öz komandasını quracaq. Yeni Aİ Komissiyası 2014-cü il noyabr ayının 1-dən tam fəaliyyətə başlayacaq.

Hazırkı Belçika komissarı Karel de Quxt (Karel de Gucht) ticarət üzrə mühüm vəzifədədir. Aİ-nin ticarət üzrə komissarı ABŞ-la Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı (TTİP) üzrə danışıqlara cavabdehdir.

Elio di Rupo bildirib ki, Belçika sentyabr ayına qədər Komissiyaya öz namizədini elan etməsə, onlara əhəmiyyətsiz vəzifə qalacaq.

 

Marian Tissen Belçikanın növbəti komissarı ola bilər

 

Tarixən Belçika komissarları müxtəlif dil və siyasi mənşələrinə görə fərqləniblər. Karel de Quxtdan əvvəl (Liberal, flamanddilli), 2004-2009-cu illərdə Lui Mişel (Liberal, fransızdilli) humanitar yardım və inkişaf üzrə komissar olub.

Sonuncu flamanddilli xristian-demokrat komissar 1967-1972-ci illərdə olub. «Bu yazılmamış qanundur, amma bu dəfə növbə xristian-emokratlarındır», - bazar günü «VRT» kanalında siyasət verilişində Flamand sosialist parlamentarisi Katlin Van Brempt deyib.

«Marian Tissenin Belçikanın növbəti komissarı olmaq üçün yaxşı şansı var. Dostları və düşmənləri də onun etibarlı adam olduğunu etiraf edirlər. O, Aİ-də də yaxşı nüfuza malikdir», - Hendrik Vos «EurActiv» agentliyinə yazdığı elektron məktubda bildirib.

Tissen isə öz növbəsində qeyri-müəyyən qalmağı üstün tutub. «Mənim namizədliyimdən çox danışırıq. Ortada bir şey yox ikən belə suallara cavab axtarmamalıyıq», - o əlavə edib.

 

NÖVBƏTİ ADDIMLAR:

 

14-17 iyul: Strasburq plenar sessiyasında Parlament Komissiya prezidentliyinə namizədin təsdiqlənməsi və ya rədd edilməsi üçün səsvermə keçirəcək.

Yay:  Milli liderlər Brüssel üçün öz komissarlarını təyin edəcəklər. Yeni Komissiya prezidenti 27 komissardan ibarət komandasında vəzifə bölgüsü aparacaq.

Sentyabr: Hər bir komissar Parlament komitələri qarşısında ayrıca dinləmələrdə bir daha gözdən keçiriləcək.

Oktyabr: Avropa Parlamenti yeni komissiya kollegiyasını təsdiqləyəcək və ya rədd edəcək.

1 noyabr: Yeni komissiya tam fəaliyyətə başlayacaq.