vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
09:37 | 6 iyul 2014 | Bazar Məqaləyə 3305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə RamAZAN qalmaqalı

Yüzlərlə oruc batil oldu?

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin şimalında yerləşən Kastamon şəhərinin Tosya kəndində Ramazan qalmaqalı yaşanıb. ANS PRESS-in məlumatına görə, mərkəzi sistemlə azan oxunan mahalda, saat 20:28-də oxunması lazım olan axşam azanı, imamın səhvi ucbatından 20.18-də oxunub və arxasından Ramazan topu atılıb.


Bunun ardınca bir çox vətəndaş vəziyyətin fərqinə varmadan orucunu açıb. Ancaq 10 dəqiqə sonra təkrar azan oxunması və topun atılmasıyla vətəndaşlar arasında qarışıqlıq yaşayıb.

Tosya müftisi Mehmet Korkmazın bildirdiyinə görə, azanın 10 dəqiqə tez oxunmasının səbəbi, buna boyun olan şəxsin saatı səhv salması ilə əlaqədar olub.

Qeyd edək ki, bilmədən edilən səhv orucu batil etməsə də, vacib ayini yerinə yetirərkən diqqətli olmaq tövsiyə edilir.