vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
15:36 | 7 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arda «Barcelona»da

Türk mediası hətta imza atıldığını da iddia edir

MÜŞFİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən mövsüm İspaniyanın «Kral kuboku»nun, bu mövsüm isə «La Liqa» çempionluğu yaşayan, Çempionlar Liqası çempionluğunu son dəqiqələrdə əldən qaçıraraq ikincilik yaşayan «Atletiko» (Madrid) klubunda futbolçuların yarpaq tökümü başlayıb.


Belə ki, günlərdir bir çox futbolçu kimi adı Avropanın nəhəng klubları ilə çəkilən, gələcək karyerası maraq doğuranlardan biri də madridlilərin Türkiyəli ulduzudur. Bu türk futbolunun indiyə qədər ən yüksək zirvəyə yüksələn və orda qərar tutan ulduzu şübhəsiz ki, Arda Turandır. Arda Turana görə bir çox adlı-sanlı klublar «Atletico Madrid»in qapısını döyüb. İstanbullu oğlanı heyətində görmək istəyən «Manchester United», «Monaco» ilə yanaşı xeyli klub öz aralarında yarışa girmişdilər. Amma bu yarışın qalibi Avropanın daha nəhəngi oldu.

«Atletico» Madridin «Azerbaijan land of fire» forması ilə möhtəşəm mövsümü geridə qoyan Arda Turanın İspaniyanın məşhur «Barselona» klubu keçidi ilə bağlı ciddi bir iddia yayıldı. Vaxt.az türk mediasına istinadən bildirir ki, kataloniyalılar futbolçu ilə prinsip anlaşması imzalayıblar. Bu xəbəri futbolçunun meneceri Əhməd Bulud da təsdiqləyib və «Barcelona»nın Arda üçün 41 milyon ödəməyə hazır olduğunu bildirib. Türk futbolunun «qızıl uşağı» adlandırılan Arda Turanın böyük ehtimalla yeni mövsümdən etibarən ünvanını Madriddən Barselonaya dəyişəcək. 

Xatırladaq ki, 27 yaşlı futbolçu 2011-ci ildə 13 milyon avro müqabilində Türkiyənin «Qalatasaray»ından indiki klubuna transfer olunmuşdu. O vaxt madridlilər futbolçunun qiymətini 25 milyon avro müəyyənləşdirmişdilər. Ötən il «Kral kuboku»nu qazanan klub mövsüm boyu baxımlı futbol sərgiləyən futbolçu ilə müqaviləni yenilədi və bu dəfə qiyməti daha 16 milyon qaldırdı. Hazırda 41 milyon avro ödəməyə hazır olan və Arda Turanın razılığını alan istənilən klub futbolçunu heyətinə qata bilər.