vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
17:35 | 7 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müvafiq tədbirlər görüləcək»

Prokurorluq: «İstintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Leyla Yunusova və əri Arif Yunusov növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün iyulun 7-də istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.


L.Yunusovanın istintaq qarşısında şərtlər qoymasına dair «Trend»in sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bir daha bildirib ki, L.Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir və Cinayət-Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən, şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaqa gəlmək və dindirmələrdə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək kimi vəzifələrinin olmasına baxmayaraq, o, növbəti dəfə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən qəsdən yayınıb.

«L.Yunusova istintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarlar qəbul edilə bilər» sualını cavablandıran E.Sultanov deyib ki, L.Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində, qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır: «Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək».