vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
10:17 | 8 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ ətrafı rayonlar geri qaytarılmalıdır»

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern: «Mənim sözlərimdə yeni heç nə yoxdur»

Eldar TANRIVERDIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafında olan ərazilərin qaytarılması məsələsinin münaqişənin nizamlanmasının altı elementindən biri olduğunu hesab edir. AzVision.az-ın məlumatına görə, bu barədə «News.am» saytına müsahibəsində ABŞ-ın bu ölkədəki səfiri özü bildirib.


Səfirin sözlərinə görə, o, Dağlıq Qarabağ ətrafında olan ərazilərin dərhal Azərbaycana qaytarılmasını nəzərdə tutmur: «Dağlıq Qarabağın yekun statusu yerli əhalinin öz iradəsi əsasında formalaşacaq. Daha sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq. Ona görə də, mənim sözlərimdə yeni heç nə yoxdur». 

Torpaqların qaytarılması müqabilində Ermənistan tərəfinə zəmanətlərin verilməsi barədə suala cavab verərkən amerikalı diplomat vurğulayıb ki, nizamlanma müqaviləsinin altı elementinə regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də daxildir. 

«Hazırda bu sülhməramlı qüvvələrin tərkibində hansı ölkənin və ya təşkilatın əsgərlərinin olması məsələsi Ermənistan – Azərbaycan arasında danışıqlar predmetidir. Təbii ki, erməni tərəfi əraziləri qaytarmazdan əvvəl beynəlxalq sülhməramlı qüvvələr və təhlükəsizlik zəmanəti olmalıdır» – deyə, Heffern bildirib.