vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
18:35 | 15 sentyabr 2012 | Şənbə Məqaləyə 3368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstirahət mədəniyyəti»

Fərəh SABİRQIZI

15.09.12 - «İstirahət mədəniyyəti»...

Yaşıllıq, bir neçə skamya, kiçik süni göl... Qərb ölkələrində parkların demək olar ki, hamısı bu cür olur.
Park ərazisinin böyük hissəsini qazon, ağaclar təşkil edir. Yaşıl örtük üzərində insanların həftəsonları piknik keçirməsinə imkan yaradılır. Bəzi ölkələrdə ümumiyyətlə, parkların bir hissəsi məxsusi olaraq pikniklərə ayrılır, insanların harada bardaş qurub otura biləcəyi də xüsusi lövhələrdə göstərilir.İndiki Bakı parklarını geniş təsvir etməyə yəqin ki, lüzum yox. Mərmər döşəmə, təmtəraqlı skamyalar, ortada iri bir fəvvarə, uşaqları cəlb etmək üçün qoyulan attraksionlar, karusellər, bahalı kafe və restoranlar.
Əcaib musiqilər də öz yerində.Parklarda çoxsaylı zibil qutuları qoyulsa da, hər skamyanın qarşısında tum qabıqları, dondurma kağızları görmək olur.Parklardan söz düşəndə, həmişə Londonun məşhur Hayd Parkında olmağı arzulayırdım. Burada fərqli nəsə görəcəyimə ümid edirdim. Amma yox, bu park da sadəliyi ilə digərlərindən seçilmirdi. Hətta burada taxta skamyalar əvəzinə parçadan açılıb-yığılan kürsülər qoyulmuşdu. Adamlar da bu  kürsüləri istədikləri yerə sürüyüb orada dincəlirdilər.
Qara dəniz sahilindəki turistik zonalarda bu cür istirahət yerlərinin, bələdiyyə parklarının sayı çoxdur. Diqqətçəkən məqam – hər birində uşaqlar üçün pulsuz yelləncəklər, sürüşmə attraksionlarının olmasıdır. Maraqlısı odur ki, uşaq yelləncəklərinin yanında mütləq trenajorlar da qoyulur, böyüklər də burada pulsuz olaraq idmanla məşğul ola bilirlər.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)