vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
09:25 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parisdə əsgərlərimizin addım səsləri

Azərbaycan bayrağı Fransa paytaxtında dalğalanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransanın milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə Parisdə keçiriləcək hərbi paradda iştirak etmək üçün bu ölkədə səfərdədir.


Vaxt.az AzərTAc-a istinadən xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin nümayəndələri ilə birgə məşqlərə başlayan zabitlərimiz Azərbaycan Respublikasının bayrağını ilk dəfə olaraq iyulun 14-də Parisdə keçiriləcək hərbi paradda dalğalandıracaqlar.
«Azərbaycan ilə Fransa arasında mövcud olan dostluq əlaqələri son zamanlar müdafiə sahəsində də əməkdaşlığın uğurlu inkişafına şərait yaradıb. Azərbaycan Respublikası Müdafiə Nazirinin bu ilin yanvarında Fransaya rəsmi səfəri zamanı əldə edilən razılıq ikitərəfli hərbi əlaqələrin inkişafı üçün geniş imkanlar açıb. Fransanın milli bayramı münasibətilə keçiriləcək paradda ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin iştirakı ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin və əməkdaşlığın bariz nümunəsidir» - deyə, dövlət agentliyinin yaydığı məlumatda bildirilib.