vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
18:33 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 2930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, faciədir!»

Oqtay Şirəliyev: «Tənqidlərə diqqətlə yanaşın»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kütləvi İnformasiya Vasitələrində həkimlərlə bağlı tənqidləri eşidirik, görürük». Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. O qeyd edib ki, tənqidlərə də diqqətlə yanaşmaq lazımdır: «Haqlı tənqiddən nəticə çıxarmağı bacarmalıyıq».


Nazir vurğulayıb ki, bəzən həkimlərə qarşı haqsız tənqidlər də olur: «İnsanlar özlərinin, doğmalarının sağlamlıqları ilə bağlı məsələlərə həssaslıqla yanaşırlar. Onları anlamalı və heç zaman ruhdan düşməməliyik».

O.Şirəliyevin sözlərinə görə, həkimlər xeyirxahlıqlarını insanlardan əsirgəməməlidirlər. «Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması bizi üçün vacib məsələdir. Son illər bu sahədə böyük işlər görülüb. Amma istədiyimiz nəticəni birdən-birə əldə etmək çətindir». Səhiyyə naziri bildirib ki, bu ilin 5 ayı ərzində ölkədə 63 minə qədər doğuş olub. Ana ölümlərinin də baş verdiyini deyən nazir qeyd edib ki, hər bir belə hadisə bizim üçün faciədir. «Hər konkret halın səbəbləri araşdırılır, ana ölümlərinin tamamilə qarşısının alınması üçün müvafiq tədbirlər görülür».