vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
22:58 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 2629 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci xanım əməkdar artisti həyata qaytarır

Mehriban Əliyeva Xanım Qafarovanı müalicə üçün İsrailə göndərir

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər səhhəti yenidən ağırlaşan tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın müalicəsi İsraildə davam etdiriləcək. Vaxt.az-ın AzNews.az-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş verib.


Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.

Xanım Qafarova açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, bir neçə saat əvvəl Heydər Əliyev Fondunun nümayəndələri onunla əlaqə saxlayıblar:

«Fondun nümayəndələri mənə dedilər ki, hazırlaşın, bu dəfə müalicə üçün İsrailə göndəriləcəksiniz. Qızım da mənimlə gedəcək. Mehriban xanım bundan əvvəl də üç dəfə məni Türkiyəyə müalicəyə göndərmişdi və səhhətimdə ciddi irəliləyiş yaranmışdı. İnanırdım ki, o axıra kimi mənim arxamda dayanacaq. Buna görə ona özümün və ailəmin adından minnətdarlığımı bildirirəm. Bu cür dəstək adama yaşamaq üçün stimul verir. Mehriban xanımın bu qərarı onun Azərbaycan mədəniyyətinə yüksək diqqət və qayğısının təzahürüdür».

Qeyd edək ki, aktrisa uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.