vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ÜZBƏÜZ  
12:05 | 16 iyul 2013 | Çərşənbə axşamı Məqaləyə 2631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“AXC-nin bəzi şöbələrinin başında DTK dururdu”

Zərdüşt Əlizadə: “Proqramda SSRİ-nin dağıdılması nəzərdə tutulmurdu”

Aqşin KƏRİMOV, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Modern.az AXC-nin yaradıcılarından olan, təşkilatın proqram və nizamnaməsinin müəllifi, İdarə Heyətinin ilk üzvlərindən olan politoloq Zərdüşt Əlizadədən müsahibə götürüb.

- AXC-nin ilkin missiyası ilə sonrakı fəaliyyəti arasındakı təzadlar barədə kifayət qədər təhlili analizlər verilib. Sizcə, bu cür ziddiyyətli məqamların özünün büruzə verməsinin mahiyyətində nələr dayanır?

- AXC-nin ilk məramnaməsi mahiyyətcə sosialist proqramı idi. Bununla yanaşı insan hüquqları, çoxpartiyalılıq, xüsusi mülkiyyətin qorunması məsələləri də öz əksini tapmışdı. AXC-nin ilk proqramında SSRİ-nin dağıdılması nəzərdə tutulmurdu. Əslində SSRİ-ni hakim zümrələr dağıtdılar. O zaman cəmiyyət azadlıq, demokratiya, yeniliyə böyük ümidlər bəsləyirdi. Lakin həm Qorbaçovun ətrafı, həm KQB, həm də hərəkatdan faydalanmağa çalışan nomenklatura mafiyası AXC-ni bir dəyənək kimi ələ keçirdi. Hakimiyyət uğrunda mübarizədə AXC dəyənəyə çevrildi. AXC-nin sonrakı fəaliyyəti də buna bariz nümunədir. Məsələn, 1989-cu ilin payızındakı aksiyaları misal çəkə bilərəm. Sərhədlərin pozulması, birinci katiblərin devrilməsi, milli talanlar AXC-nin proqramında yox idi. Bunlar hamısı Əbülfəz Elçibəyin ətrafındakı dəstənin fəaliyyətinin nəticəsi idi. Bu cür hərəkətlər təbii ki, sifariş idi. Məqsəd Bakı neftini əlaə keçirmək idi və buna nail də oldular.

- Dediklərinizdən bu qənaətə gəlmək olarmı ki, AXC-nin nəzərdə  tutduğu ideyalar tam şəkildə özünü doğrulda bilmədi?

- Bəli. Ona görə ki, biz Qarabağı qorumaq, hakimiyyəti xalqa vermək üçün yaranmışdıq. Müstəqilliyə gəlincə, o tam nisbi bir anlayışdır. Azərbaycanın indiki müstəqilliyi ilə SSRİ zamanındakı müstəqilliyi arasında mahiyyətcə heç bir fərq yoxdur. İqtisadi, siyasi sahədə istənilən ciddi addım yalnız böyük dövlətlərin razılığı həyata keçirilir.

- AXC böyük bir xalq hərəkatı yarada bildi. Bu hərəkatda müxtəlif sosial təbəqələr təmsil olunurdu. Hətta fəhlələr də...

- Müxtəlif siyasi texnologiyalar var. Kifayət qədər bacarıqlı, təcrübəli təşkilatlar kütləyə  müxtəlif fənd, nağıl, əsatir, qorxu və s. ilə təsir etmə imkanına malikdir. Azərbaycan xalqının həmin vaxt siyasi təcrübəsi çox aşağı idi. Gəlin özümüzü aldatmayaq. Xalq kommunist idarəetməsində siyasi praktikaya malik ola bilməzdi. Belə bir kütləni aldatmaq, oynatmaq, ardı ilə aparmaq çox asan idi. Əyyaşlar və fırıldaqlar bunu yaxşı bacardılar. Vətənpərvər ziyalıların arxası ilə isə kütlə getmədi.

- AXC idarə heyətinin üzvləri əlaqələriniz varmı?

- Xeyr. 1990-cı ilin 20 Yanvarından sonra AXC-ni tərk edəndən sonra həmin şəxslərlə heç bir əlaqə saxlamıram.

- Keçmiş prezident Ayaz Mütəllibov bildirib ki, AXC-ni DTK yaradıb.AXC idarə heyətinin ilk üzvlərinin bəziləri məsələyə kəskin reaksiya veriblər. Siz nə düşünürsüz?

- Ayaz Mütəllibov məsələyə bir qədər səthi yanaşıb. Bəli, AXC-nin bəzi şöbələrinin başında DTK dururdu. Digərlərinin başında alimlər dayanırdı. DTK gördü ki, AXC-nin böyük bir dağıdıcı potensialı var. Buna görə də təşkilatı ələ keçirdi.