vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
16:48 | 10 iyul 2014 | Cümə axşamı Məqaləyə 3225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mixaylo»nun oğlu rəis göndərildi

Murad Hüseynovun valideynləri Qarabağ uğrunda şəhid olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsin rəis müavini Murad Hüseynov daxili işlər naziri Ramil Usubovun əmri ilə elə həmin rayonun 26-cı polis bölməsinin rəisi təyin olunub.

Milli.az xəbər verir ki, M.Hüseynov Xocalı uğrunda gedən döyüşlərdə canını qurban vermiş Milli Qəhrəman Tofiq Hüseynovun oğludur. Xocalı şəhərində anadan olmuş T. Hüseynov hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib.

O, 1991-ci ildə Xocalı özünümüdafiə taborunun komandiri olub, «Mixaylo» ləqəbi ilə tanınıb. Döyüşlərdə böyük şücaət göstərən T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalının işğal günü düşmənlə sona qədər vuruşub, sonda qumbara ilə özünü partladaraq 10 nəfərə yaxın ermənini də məhv edib. Onun həyat yoldaşı da Qarabağ döyüşlərində şəhid olub.