vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
21:21 | 12 iyul 2014 | Şənbə Məqaləyə 4978 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəhşətli xəstəliyin dərmanı tapıldı

Parkinson xəstəliyinin əlacı hər kəsin evində rast gəlinə bilən ədviyyatdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Raş Universitetinin tibb mərkəzinin mütəxəssisləri darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətlərini kəşf ediblər. ANS PRESS-in məlumatına görə, onun tərkibinə daxil olan maddələr insanın baş beynində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.

Tədqiqatlar zamanı müəyyən olunub ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşıdır.

Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılmışdır. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.

Alimlər hesab edirlər ki, bu kəşf Parkinson xəstəliyinin inkişafını yavaşıdan ən təhlükəsiz vasitəni işləyib hazırlamağa kömək edəcəkdir.