vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SƏRGİ  
18:04 | 13 iyul 2014 | Bazar Məqaləyə 5368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli geyimlərimiz Kann podiumlarında

Məşhur italiyalı modelyer Balestra Azərbaycan naxışlarından ibarət kolleksiya yaradıb

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu
  • Kannda milli geyimlərimiz nümayiş olundu

İyulun 12-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr olunmuş «Ənənədən gələcəyə Azərbaycan cazibəsi» adlı moda nümayişi keçirilmişdir.

AzərTAc-ın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

«Ənənədən gələcəyə Azərbaycan cazibəsi» layihəsinin Kann şəhərində təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlamışdır.

Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilmişdir.

Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilmişdir. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunmuşdur. Burada xalça ornamentlərinə də geniş yer verilməsi uğurlu alınmışdır. Kolleksiyada od və nar elementlərindən də istifadə edilmişdir.

Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.

Modelyer Renato Balestra qədim tarixə malik olan Azərbaycan xalqının milli naxış və ornamentlərini araşdırmış, öyrənmiş və onları modifikasiya edərək gələcəyə yönələn dəbə tətbiq etmişdir.

Xatırladaq ki, bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunmuşdur.

Modelyer jurnalistlərə müsahibəsində demişdir: «Düşünürəm ki, bu təqdimat çox maraqlı alındı. Çünki bu, Azərbaycan xanımlarının ənənəyə, eyni zamanda, müasirliyə nə qədər bağlı olduğunu göstərir. Bu nümayişin ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyükdür və mən buna görə ona təşəkkür edirəm. Mən müxtəlifliyi və dəyişikliyi sevirəm. Bugünkü dəfilə də bu qəbildəndir. Onu da deyim ki, dəfilədə Azərbaycanın rəmzlərindən geniş istifadə olunmuşdur və bu da mənim ölkənizə olan sevgimdən irəli gəlir».

Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində ölkəmizin milli mətbəxinin də təqdimatı olmuşdur. Azərbaycan mətbəxinin ləziz təamları çoxsaylı qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Kann şəhərində baş tutan Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil edilən tədbirlər bir daha sübut etdi ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir.