vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
13:16 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«8 mindən çox uşaqbaz keşiş var»

Papadan şok açıqlama: «Kilsə iyrəncliyə tutulub»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Məndə olan dəqiq məlumatlara görə, hər 50 katolik keşişdən biri uşaqbazdır. Əfsuslar olsun ki, kilsə uşaqbazlıq iyrəncliyinə tutulub».

«Qafqazinfo»ya xəbər verir ki, Roma katolik kilsəsinin rəhbəri Papa 1-ci Fransiskin bu açıqlaması «bomba partlayışı» effekti yaradıb. Açıqlamanı «European»a istinadən Milli.Az saytı yayıb. İtaliyanın «La Repubblica» qəzetinə verdiyi müsahibəsində Vatikanın rəhbəri uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırıb. 

«Müşavirlərimin dediklərinə görə, keşişlərin 2 faizi uşaqbazdır. Bu bəlaya qarşı bacardığım qədər sərt mübarizə aparacağam. Həmin 2 faiz arasında keşişlər, yepiskoplar, kardinallar var. Bəladan xəbərdar olan, amma susan keşişlərin sayı daha çoxdur», - Roma Papası deyib.

1-ci Fransiskin sözlərindən belə çıxır ki, hazırda katolik kilsəsində ən azı 8 min uşaqbaz, əxlaqsız keşiş var.