vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
18:54 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sizə minnətdarıq!»

Xanım Qafarovayla bağlı Mehriban Əliyevaya məktub göndərildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının əməkdar artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları – Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya minnətdarlıq məktubu göndərib.

«Qafqazinfo» xəbər verir ki, məktubda mərhum aktrisanın ağır vəziyyətində Mehriban Əliyevanın onun müalicəsini İsraildə davam etdirilməsi üçün göstəriş verməsi, ailəsini tək buraxmaması, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlikdə qoymadığı öz əksini tapıb: «…Biz, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq».