vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
13:44 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski» sakinlərinə bina tikiləcək

Adıçəkilən ərazidə əhalinin köçürülməsi ilə bağlı layihə hazırlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sovetski» sakinlərinin köçürülməsi ilə bağlı layihə hazırlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı «Sovetski»nin sökülməsində ortalığı çıxan problemlərə bağlı keçirilən mətbuat konfransında şirkətlərindən birinin direktoru Nazim Səmədov deyib.

Onun sözlərinə görə, bununla da sakinlərin problemlərdən uzaqlaşmasına kömək ediləcək.

Şirkət rəhbərliyindən verilən məlumata görə, «Sovetski» sakinləri üçün Bakıda, Gəncə prospektində yeni bina tikiləcək.

«Bina T şəkilində olacaq. Binada 9 blok olacaq və hər blokda 6 mənzil olacaq. Otaqlar geniş olacaq. Mənzillər «Sovetski» sakinlərinə 1 kvadrat metri 380 manatdan satılacaq. Bu bir sosial layihədir. Mənzillər təmirsiz təqdim olunacaq və sakinlər evlərə nağd pul ödəməklə sahib ola biləcəklər. Mənzil sertifikatlarının verilməsi də nəzərdə tutulur».

Qeyd edilib ki, hələlik yalnız sakinlərdən ərizələr alınır. «Bu layihə alınmaya da bilər. Bizə yalnız evləri sökülən «Sovetski» sakinləri müraciət edə bilərlər».