vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
01:11 | 17 iyul 2014 | Cümə axşamı Məqaləyə 2870 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

IDEA-nın təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası

13 kəsilən ağacın yerinə 20 ədəd yenisi əkildi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Xeyirxah İDE(Y)A
  • Gənc(əli)lərdən İDEA-ya dəstək
  • «Qurtuluşdan İpək yoluna» ağacəkmə kampaniyası

Bu gün IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə «Ağacların kəsilməsinə yox» proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, Aksiyanın keçirilmə səbəbi 4 iyul 2014-cü il tarixində IDEA İctimai Birliyinin «Təbiətin təcili yardımı» mobil qrupu tərəfindən Ağa Nemətulla küçəsi 67 ünvanında 13 ədəd ağacın kəsilməsi faktının qeydə alınması olub. (http://ideacampaign.org/az/anket_33.html).

Ağacəkmə aksiya zamanı ümumi sayı 20 olan sərv, şərq çinarı və tut ağacı əkilib.

Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Qeyd edək ki, «Ağacların kəsilməsinə yox» proqramı Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilir. Proqram Azərbaycanda, xüsusilə Bakı şəhərində qeyri-qanuni ağac kəsilməsi hallarının qarşısının alınmasını nəzərdə tutur. Bu məqsədlə «Təbiətə təcili yardım» qaynar xətti (1113) və mobil qrupu yaradılıb.