vaxtlı-vaxtında oxuyun! Cümə, 20 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0000 AZN
Rusiya rublu 1 RUB = 0.0297 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2421 AZN
Türk lirəsi 1 TRY = 0.4638 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QALMAQAL  
19:28 | 17 iyul 2014 | Cümə axşamı Məqaləyə 21325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən onları söysəm də...»

«Əli Kərimlinin xarakterini bildiklərinə görə liderlər onun tədbirinə getmir»

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bizim partiyaya AXCP-nin yubiley tədbiri üçün 15 dəvətnamə gəlmişdi. Fikirləşdim ki, insandır getməsəm pis olar, bir neçə müavinimlə birlikdə getdim ki, Əli Kərimli pərt olmasın. Onsuz da İsa Qəmbər onu təkləyir». Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP üzvlərinin haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

ADP sədrinin sözlərinə görə, o, yubiley tədbirində Əli Kərimlinin təkidi ilə çıxış edib: «Mən yubiley tədbirinə onların dəvəti ilə getmişdim. Çıxış etmək fikrim yox idi, amma Əli Kərimlinin köməkçisi mənə yaxınlaşıb dedi ki, Əli bəy çıxış etməyinizi xahiş edir. Mən onların istədiyi çıxışı edib «yaşasın Əli Kərimli, yaşasın Xalq Cəbhəsi» deyə bilməzdim. Mən partiya sədriyəm, o səviyyəyə enmərəm. Çıxışıma başlamazdan əvvəl də qeyd etdim ki, alqış gözləmirəm, sadəcə diqqətlə qulaq asın, görün nə deyirəm. Çıxışımın yarısını sakitcə dinlədilər, Rəsulzadə və Elçibəydən başqa da müstəqilliyin əldə olunmasında xidməti olanlardan danışanda hay-küy saldılar. Şah İsmayıl Xətainin adını çəkmək onları niyə belə qıcıqlandırır? Mən Azərbaycan tarixindən olan adamın adını çəkəndə niyə fitə basırsız? Onlar çıxışıma qulaq asmayıblar, qulaqlarını tutub ağızlarını açırlar». 

Partiya sədri qeyd edib ki, liderlər AXCP-nin tədbirində iştirak etmək istəmirlər: «Liderlərin heç biri Əli Kərimlinin tədbirinə getmir, onun bu xarakterini bildiklərinə görə getmirlər. AXCP-nin İdarə Heyətindən Leyla Yunus istisna olmaqla heç kim tədbirdə yox idi. Leyla Yunusu da vaxtilə cəbhədən fitlə qovmuşdular, indi də fitlə qarşılayırlar. Bunlar adət edib ki, əsas odur ki, barmaq kimə tuşlanıb. O adam Azərbaycan üçün lazım oldu, olmadı fərqi yoxdur. Bundan başqa, mən tədbirdə qonaq idim, onlar isə ev sahibi, mən söysəm də onların mədəniyyəti varsa, dözməli idi». 

S.Cəlaloğlu vurğulayıb ki, çıxışında Azərbaycanın müstəqillik tarixinə nəzər salmaq istəyib: «Azərbaycanın müstəqillik tarixindən, müstəqilliyin qazanılmasında rolu olanlardan danışdım, onlar da məni fitə basdı. Mən sadəcə olaraq demişəm ki, gələcəyə getmək üçün keçmişə baxmaq lazımdı. Tariximizə sahib çıxmaq lazımdır ki, başqa xalqlar bizim tariximizi mənimsəməsin. Təkcə Rəsulzadə ilə Elçibəyin arasında minlərlə insan olub ki, bu gün əldə etdiyimiz müstəqillikdə onların payı var. Oradakı çıxışımda bununla bağlı misallar da çəkmişəm. Azərbaycan tarixinə, milli müstəqillik hərəkatımıza aydınlıq gətirmək istəyirdim ki, hər şeyi Rəsulzadə və Elçibəylə bağlamaq olmaz. Oxusaydılar görərdilər ki, Məhəmməd Əmin Rəsulzadə özü də «Əsrimizin Səyavuşu» əsərində Azərbaycan müstəqilliyinin əldə edilməsində tarixə ekskursiya edir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *