vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9424 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1666 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3203 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MƏMLƏKƏT  
14:43 | 19 iyul 2014 | Şənbə Məqaləyə 1706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski»lilərə xəbərdarlıq

İkinci «Muray» hadisələrinin baş verməsinin qarşısı alındı

MÖVZU İLƏ ƏLAQƏLİ

Yasamal Rayon İcra Hakimiyyətindən «Sovetski» sakinlərinə xəbərdarlıq edilib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov ANS PRESS-ə açıqlamasında bir neçə gün öncə «Sovetski» sakinlərini aşağı qiymətlə ev tikməklə aldadan tikinti şirkətindən söhbət açıb. O, qeyd edib ki, həmin tikinti şirkətinin əməkdaşları insanları aladaraq pullarını əllərindən almaq istəyiblər:

«Hüquq mühafizə orqanlarının səyi nəticəsində «Sovetski»də ikinci «Muray» hadisələrinin baş verməsinin qarşısı alındı. İnsanların mənzil şəraitlərinin yaxşılaşması üçün gözəl şans yaranıb. Amma onları aldatmağa çalışdılar. Gələcəkdə də belə bir şirkətlər meydana çıxarsa sakinlər ilk növbədə Yasamal Rayon İcra Hakimiyyətinə gəlsinlər. Onlar bilmədən gedib kimsə ilə müqavilə bağlamamalıdırlar. Sonra aldadılmış vəziyyətə düşməmək üçün belə hallara yol verməmək lazımdır». 

Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi «DES» MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş «DES» MMC-nin vəzifəli şəxsləri «Köhnə bakılılara yeni ev» şüarı altında sayt yaradıb. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.

Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.

Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satmağı nəzərdə tutublar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *