vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
09:55 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2553 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parklarda gecələyən Xocalı sakininə ev verildi

Samir İbrahimov maddi sıxıntı ucbatından həyat yoldaşı və 2 uşağından da ayrılıb

Pərvin ARZUQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlardan (indi onların ən kiçiyinin 21 yaşı var - red.) ikisinin Gürcüstanda yaşadığı barədə Modern.az məlumat vermişdi. Uzun axtarışdan sonra həmin gənclər-Samir və Sabir qardaşlarını tapa bildik. Məlum oldu ki, Samir Əlixan oğlu İbrahimov çox ciddi problemlər içində həyat sürür.

Modern.az saytının redaksiyasına gələn Samir İbrahimov hazırda evi olmadığından axşamlar parklarda gecələdiyini söylədi. Faktı Modern.az-a Xocalı rayonu İcra Hakimiyyətinin Bakı şəhəri üzrə ərazi nümayəndəliyi də təsdiqlədi.

Xocalı soyqırımı zamanı 6 yaşı olmuş həmsöhbətimiz qardaşı Sabirlə birgə 2008-ci ilə qədər ana babasının yanında - Borçalıda yaşayıb. Əsgərlik yaşına çatanda isə Azərbaycana gələrək, Füzuli bölgəsində hərbi xidmət keçib. Həmin ərəfələrdə babası və nənəsi rəhmətə gedib. Bundan sonra o, Azərbaycanda yaşamağa qərar verib.

Müəyyən müddət anasının qohumları ilə birgə yaşayan Samir bir ilə yaxındır ki, onların evini tərk etməli olub. Müxtəlif vaxtlarda kirayədə yaşayan bu gənc maddi sıxıntı ucbatından həyat yoldaşı və 2 uşağından da ayrılıb.

Saytın qaldırdığı bu məsələ ilə bağlı müvafiq dövlət qurumları reaksiya verdi. Xocalı Rayon İcra Hakimiyyəti Samir İbrahimovun gecələməsi üçün ev kirayələdi. Məsələnin üstündən bir neçə gün keçdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu gənc evlə təmin edilib.

Samir İbrahimova Abşeron rayonu, «Qarant» Yaşayış Kompleksində 2 otaqlı mənzil verilib. Redaksiya adından bu gəncə dəstək duranlara minnətdarlığımızı bildiririk.