vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
16:12 | 25 iyul 2014 | Cümə Məqaləyə 2779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Erasmus» rekord vurur

Hər tələbəyə 272 avro təqaüd verilir

MÖVZU İLƏ ƏLAQƏLİ

1987-ci ildə işə başlayandan, «Erasmus» proqramı 3 milyondan çox tələbəyə xaricdə təhsil almaq imkanı verməklə, böyük uğura nail olub. Son təhsil ili ərzində isə, proqram 270 min tələbə Avropa İttifaqı (Aİ) büdcəsindən təqaüd alaraq başqa ölkədə təhsil alaraq, öncəki ilin nəticəsini 6 faiz artıraraq rekord vurub.

5 tələbədən 1-i (55 000 tələbə) həmçinin xarici şirkətlərdə işləmək qərarı alaraq, ötən ilki rəqəmi 16 faiz artırıblar.

Tələbələr tərəfindən ən çox seçilən istiqamətlər İspaniya, Almaniya və Fransadır. Ən çox tələbənin proqramda iştirak etdiyi ölkələr isə Lüksemburq, Lixtenşteyn, Finlandiya və Latviya olublar.

Ortalama «Erasmus» təqaüdü 272 avro təşkil edir. Bu, ötən ildən (250 avro) 9 faiz daha çoxdur. Təqaüd xaricdə təhsil üçün səfər xərclərini və təhsil dövründə yaşayış xərclərini yüngülləşdirmək məqsədi daşıyır. Bir sıra ölkələrdə dövlət, regional və ya institusional fondlar bu məbləği artıraraq, tələbələrin xərclərin bütövlüyünü qarşılayır.