vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
10:53 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 3335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polis metroda siqaret çəkirsə...

Ət iylənəndə ona duz vurarlar, bizdə isə duz iylənib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı polisinin hoqqaları haqda istənilən qədər yazmaq olar. Ən qəribəsi də odur ki, onlar ünvanlarına deyilən ən adi tənqiddən belə inciyir, öz narazılıqlarını bildirirlər. Guya jurnalistlər bir qayda olaraq onları nahaqdan dilə-dişə salırlar.

Əslində isə günah çox vaxt özlərində olur. Elə hərəkət edir, elə səhvlərə yol verirlər ki, onlara etinasız qalmaq sadəcə mümkün olmur. Məsələn, blogger Mehman Hüseynovun virtualaz.org-a təqdim etdiyi bu şəklə baxın. Orada «Bakı Metropoliteni»nin onlarla əməkdaşından biri əks olunub.

Amma o, başqalarından, necə deyərlər, «lotuluğu» ilə fərqlənir. Sanki qanun və ictimai qayda onun üçün heç nədir. O yalnız ona nəzarət edir ki, həmin qayda və qanunlara başqaları əməl etsinlər. Yəni, məsələn, metroda siqaret çəkmək olmaz. O da ona nəzarət edir ki, kimsə orada siqaret çəkməsin. Amma özü çəkir. Və bunu nümayişkaranə şəkildə, «Siqaret çəkmək qadağandır!» xəbərdarlığı yazılmış lövhənin düz altında edir. Selə bil sübut etmək, göstərmək istəyir ki, o hamıdan üstündür və ona hər şey, o cümlədən metroda siqaret çəkmək olar.

Doğrudanmı olar?

Güman edirik ki, bu suala müvafiq orqanın rəhbərliyi özü cavab verəcək...

Qeyd edək ki, metroda siqaret çəkmək təhlükəlidir və böyük yanğına səbəb ola bilər. Foto isə metronun «İnşaatçılar» stansiyasında çəkilib.

Məsələyə aydınlıq gətirmək üçün metro polisinin rəis müavini Kamal Şirinovla əlaqə saxladıq. Lakin o bu barədə açıqlama verməkdən imtina etdi. «Məşğulam, xahiş edirəm məni narahat etməyin!».