vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ASİYA  
20:01 | 28 iyul 2013 | Bazar Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın borcu 1 trilyon dolları haqlayıb

Bu ilin ilk üç ayında hökümətin xarici borcları 23.8, ölkə banklarınınsa 22 faiz artıb

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada dövlət şirkətleri və fərdi firmaların aldığı kreditlərdəki artım səbəbiylə ölkənin ümumi xarici borcu da sürətlə artmaqda davam edir. ANS PRESS-in Rusiya Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayında Rusiyanın xarici borcu 23.8 faiz artımla 700 milyard dollarla çatdı.

İgtisadi ekspertlər borc miqdarındakı artımın başlıca səbəbini xüsusi ilə dövlət şirkətlərinin xarici investisiya ilə girişdikləri proyektler olduğunu deyirlər. Buna misal olaraq “Rosneft”in keçən mart ayında xarici investisiya ilə TNK-BP hissələrini satın aldığı göstərilir. Şirkətlərin xaricdən borc almasının ölkədəki nağd pulun kifayət qədər olmayışının da göstəricisi olduğuna diqqət çəkən ekspertlər, bunun isə ölkə içinde faizlərin artması və iqtisafi inkişaf sürətinin azalmasına yol açacağını deyirlər.
Rusiya Mərkəz Bankının açıqlamasında ölkədəki bankların da bu ilin ilk üç ayında xarici borclarının 22 faiz artaraq 205 milyard dollara çıxdığına diqqət çəkildi.