vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QARABAĞ  
16:22 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qapanlını tərk edən olmayıb

«Həyat həmişəki axarıyla davam edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Qapanlı boşaldılmayıb

Tərtərin Qapanlı kəndində rayon icra hakimiyyəti orqanları, hərbçilərin və kənd sakinlərinin iştirakı ilə görüş keçirilib. Kəndin əsas meydanlarından birində reallaşan tədbirdə yerli camaat hərbiçilərə və yerli strukturlara təşəkkür ifadə edib.

Son günlər sosial şəbəkələrdə, bəzi media orqanlarında Qapanlı kəndi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov bildirib ki, sakinlərin kənddən çıxması ilə bağlı yayılan informasiyalar şayiədir: «Məlum hadisələr zamanı kənd sakinləri öz evlərində, biz isə onların yanında olmuşuq. Kənddən bir ailə də olsa, çıxmayıb. Hamı əkin-biçinlə, təsərrüfat işləriylə məşğuldur. Həyat həmişəki axarıyla davam edir «.  

M. Məmmədov bildirib ki, düşmənin çoxsaylı hücumları zamanı yerli sakinlər arasında xəsarət alan, həyatını itirən olmayıb.

O,  erməni ordusunun hücumunu dəf edərkən həlak olan hərbçilərin ailələrinə Tərtər camaatı adından başsağlığı verib, yaralılara şəfa diləyib. (APA)