vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
18:30 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 3152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən onu dama basdıracağam»

Şəhidin yas mərasimində icra başçısının müavini ilə molla arasında mübahisə yaranıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Faktxeber.com xəbər verir ki, Stansiya Sumqayıt qəsəbəsində şəhid məclisində ruhani Bəhruz Əlizadə çıxış edərək, ictimaiyyətdə, marşrutlarda, telekanallarda şəhidlərlə bağlı məlumatların olmamasından nigarançılığını bildirib. Elə bu zaman Sumqayıt icra başçısının müavini Akif Quliyev ayağa qalxaraq, «a bala, a bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə lazımsa, mən sənə çatdıraram. Səni göndərərəm cəbhəyə dolğun məlumat alarsan...» - deyib.

Daha sonra ilahiyyatçı Bəhruz Əlizadə, «baş üstə» deyərək sözünə dua ilə xitam verib. Amma iş bununla bitməyib. Belə ki, Akif Quliyev baş vermiş hadisədən qəzəblənərək ilahiyyatçı ilə bağlı «mən onu dama basdıracağam» deyib.

Məsələyə şəhidin atası da qarışıb və bildirib ki, heç kim onun qonağını həbs etdirə bilməz.

Qeyd edək ki, ilahiyyatçı Bəhruz Əlizadə ANS telekanalında, aparıcısı Elgiz olan «Adam içində» verilişinin ilahiyyatçı ekspertidir.