vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
18:46 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2733 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Binalar dövlətə qaytarıldı

«Fətullahçı» iş adamları ölkədən çıxarılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çağ Öyrətim İşlətmələri»nin bağlanan məktəblərinin yerləşdiyi binalar dövlətin mülkiyyətidir və dövlətin balansına qaytarılacaq. Virtualaz.org saytı xəbər verir ki, bu haqda jurnalistlərə ARDNŞ-in informasiya texnologiyaları və kadrlar üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

Onun sözlərinə görə, bu binaların çox hissəsi həmin məktəblərə icarəyə verilmişdi, Bakı Özəl Türk Litseyinin binası isə istisna idi.

«Bu litseyə gəldikdə isə onun Qafqaz Universitetinə verilməsi təklifi var. Bu məsələ barədə konkret qərar qəbul ediləcək. «Çağ Öyrətim İşlətmələri»nin bağlanan məktəblərinin binaları isə ARDNŞ-in nəzdindəki Beynəlxalq Təhsil Mərkəzinin balansındadır. Bu binaların gələcəkdə necə istifadə olunacağı məsələsinə baxılacaq» - deyə X.Məmmədov bildirib.

Xatırladaq ki, Fətullah Gülənə bağlı «Çağ Öyrətim» məktəbləri Türkiyə hökumətinin istəyi ilə bağlanıb. Türkiyədə fətullahçılara qarşı mübarizə Azərbaycana da sıçrayıb və təriqətin məktəbləri bağlanıb, «fətullahçı» iş adamlarının ölkədən çıxarılması prosesi başlayıb.