vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0849 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3661 AZN
Türk lirəsi 1 TRY = 0.4512 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
17:32 | 5 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«700-lük»lər ixtisas seçib

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti ADA-ya üz tutub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəmiş abituriyentlərin ixtisas seçimi sabah bitir. 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək, öz elektron ərizəsini təsdiqləyib. Builki imtahanlarda maksimum nəticə göstərmiş (700 bal) abituriyentlər Modern.az-a artıq ixtisas seçimi etdiklərini bildiriblər:

Bakıdakı «Dədə Qorqud» Liseyinin məzunu Məmməd Hacılı (I qrup): «Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsini seçmişəm».

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup): «Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznesin idarəedilməsi ixtisasını seçmişəm».

Bakıdakı 289 nömrəli orta məktəb - «Zəngi» Liseyinin məzunu Könül Qurbanlı (I qrup): «ADA-nın informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçmişəm»

Bakıdakı «Zəkalar» Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup): «ADA-nın beynəlxalq iqtisadi münasibətlər ixtisasını seçmişəm».

Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov (I qrup): «Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyini seçmişəm».

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup): «Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsini seçmişəm».

Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə (IV qrup): «Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçmişəm».

Bakıdakı 287 nömrəli «Zəkalar» Liseyinin məzunu Nurlan Quluzadə (I qrup): «ADA-nın İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçmişəm».

Ağsu şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nicat Qasımov (IV qrup): «Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçmişəm».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *