vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
09:42 | 8 avqust 2014 | Cümə Məqaləyə 4032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələbələr təhsil haqqını nə vaxt ödəməlidir?

Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən ali məktəblərə qəbul olanların adları açıqlandı. Nəticəyə görə, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Ödənişli əsaslarla qəbul olmuş abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqını da ödəməlidir.

Modern.az bəzi ali təhsil müəssisələri arasında təhsil haqqını necə tələb etməkləri ilə bağlı sorğu keçirib.

Azərbaycan Dövlət Neft Akademiyası: «Ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər».

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: «Bizdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər».

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: «Universitetimizə ödənişli əsaslarla daxil olmuş tələbəyə qeydiyyatdan keçərkən təhsil haqqının əlli faizini ödəmək, 50 faizini isə ikinci semestrdə ödəmə imkanı verilir. Bu sistem növbəti illərə də şamil edilir».

Bakı Slavyan Universiteti: «Yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidir. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər».

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov: «Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olan tələbələr birinci il təhsil haqqını tam ödəyirlər. Sonrakı illərdə isə onların təhsil haqqını hissə-hissə ödəməsinə imkan yaradılır».

Azərbaycan Dövlət İqtisad Universiteti: «Tələbələr birinci il təhsil haqqını tam ödəməlidirlər. Sonrakı illərdə isə hissə-hissə ödəyə bilərlər».