vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ELM-TƏHSİL, DİN  
17:10 | 12 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu il ATU-ya 980 nəfər qəbul olub

Abituriyentlərin suallarının cavablandırmaq üçün bütü mümkün vasitələrdən istifadə olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesi davam edir. Qeydiyyat universitetin 5 saylı tədris korpusunda hər gün saat 9:00-dan 17:00-a qədər aparılır.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il ali məktəb rəhbərliyi tərəfindən qeydiyyat prosesinin daha rahat keçməsi üçün mümkün olan bütün tədbirlər görülüb. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən ATU-nun internet saytına, həmçinin rəsmi «Facebook» səhifəsinə yerləşdirilib. Gənclər qeydiyyatla bağlı suallarını ATU-nun «Facebook» səhifəsinə ünvanlayıblar. Abituriyentlər eyni zamanda universitetdə xüsusi olaraq qeydiyyatla bağlı sualları cavablandırmaq üçün ayrılan telefon nömrəsinə də zəng edirlər.

Hazırda ATU-da hər bir fakültənin qeydiyyatı ayrılıqda aparılır. Bu da son nəticədə qeydiyyata gəlmiş tələbə və valideynlər arasında sıxlıq yaranmasının qarşısını alır. Gənclər cəmi bir neçə dəqiqə ərzində qeydiyyatdan keçib sənədlərini fakültə nümayəndələrinə təqdim edirlər.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetinə 980 nəfər qəbul olub. Ən çox qəbul müalicə işi fakültəsindədir - 635 nəfər. Bu il ATU-nun stomatologiya fakültəsinə 100 tələbə qəbul olunub. 75 gənc əczaçılıq, 90 nəfər isə hərbi tibb fakültəsini seçib. Tibbi profilaktika fakültəsinin tələbəsi adını 80 tələbə qazanıb.

Qeyd edək ki, I kurs tələbələrinin qeydiyyatı avqustun 18-nə kimi davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) c ATU-nun 5 saylı tədris korpusunda aparılır. Bu müddətin sonuna kimi qeydiyyatdan keçməyən tələbələr öz yerlərini itirmiş sayılır.
Əlavə məlumat almaq üçün (012) 595-49-11 nömrəsi ilə əlaqə saxlamaq olar.