vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
15:31 | 12 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3082 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sağ olsun Afaq Məsud»

İlqar Əlfi yeni vəzifəsindən danışdı

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış jurnalist, televiziya tamaşaçılarına 90-cı illərdə «215 KL» studiyasının məşhur «Dalğa» proqramından tanıdığı İlqar Əlfioğlu Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib. O, Beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edəcək.

Tanınmış jurnalist yeni vəzifəyə təyin olunması ilə bağlı ilk təəssüratlarını Modern.az-la bölüşüb: «Söhbət mənim təyinatımdan getmir. Tərcümə məsələsinin dövlət qayğısı ilə əhatə olunması təqdirəlayiqdir. Azərbaycanın həmişə danışılan və yaralı problemlərinin həllinə xidmət edən bir məsələdir. Bu işin səriştəli bir adama tapşırılması özü ümumiyyətlə, tərcümə işi üçün böyük irəliləyişdir».

«Vəzifəyə elə bir adam qoya bilərdilər ki, ziyalı ailələrdə, ziyalı çevrələrdə o dərəcədə tanınmazdı. Düşünürəm ki, tərcümə sahəsində hiss olunacaq dəyişikliklər olacaq. Bu sahədə yetərincə səriştəm var. Sağ olsun Afaq Məsud mənə bu vəzifəni etibar etdi. Mən də çalışacağam ki, əlimdən gələni edim. Nə tapşırılacaqsa, onu da edəcəm», - deyə İ.Əlfioğlu əlavə etdi.