vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
10:18 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Medvedyevə təxribat

«Hökumətin hərəkətlərindən biabır olmuşam, istefa verirəm, bağışlayın»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 14-də Kremlin «kompüterlərdən ən yaxşı başı çıxan» baş naziri çətin vəziyyətdə qalıb. Hakerlər onun «Twitter» hesabına daxil olaraq, izləyicilərə məzəli mesajlar göndəriblər. Məlumatı «Deutsche Welle» yayıb.

Dmitriy Medvedevin rəsmi «Twitter» hesabında onu hörmətdən salan ilk mesaj Moskva vaxtı ilə səhər saat 10-dan sonra göndərilib. Mesaj minlərlə adam arasında yayılıb: «Mən istefa verirəm. Hökumətin hərəkətlərindən biabır olmuşam. Bağışlayın».

Başqa mesajda nazirin mənzərə fotoşəkilləri çəkməyə həvəsini göstərən «Mən sərbəst fotoqraf olacam» sözləri yazılıb. «Krım bizim deyil. Xahiş edirəm, bu mesajı «Twitter»də yayın» mesajı ilə də hakerlər martda Rusiyanın Krımı anneksasiyası vaxtı baş nazirin dediyi «Krım naş» («Krım bizimdir») sözlərini ələ salıblar.

Hesab bərpa olunandan az əvvəl yazılan mesajda Rusiya prezidenti Vladimir Putinə müraciətlə  - «Vova! Mən bunu sənə çoxdan demək istəyirdim. Sən səhv edirsən» yazılıb. «Vova» Vladimir adının əzizləmə və kiçiltmə formasıdır.

Medvedev 2008-2012-ci illərdə prezidentliyi dövründə və bundan sonra da tənqidlə üzləşib. O, Rusiya siyasətinin «oyuncağı» olmaqda ittiham olunur. Tənqidçilər bildirirlər ki, prezident olanda onun məqsədi açıq-aşkar yerini Putinə vermək olub.

Avqustun 14-də Medvedev hökuməti mesajların hamısının yayıldıqdan 1 saat sonra silindiyini bildirib.