vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
10:25 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cavad Heyətin qızı təsdiqlədi

Dünya şöhrətli alimin Təbrizdə dəfninə icazə verilməyib

A.QORXMAZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 15-də son mənzilə yola salınan məşhur azərbaycanlı cərrah Cavad Heyət Bakıdakı II Fəxri Xiyabanda dəfn olundu. Cavad Heyətin cənazəsini mərhumun doğulduğu Təbriz şəhərindəki «Şairlər məqbərəsi»ndə - ustad şair Şəhriyarın yanında dəfn olunması ehtimalı vardı. Bu səbəbdən də avqustun 12-də vəfat edən doktorun dəfn mərasimi 3 gün gecikdirilib.

Modern.az saytıının məlumatına görə, doktorun ailəsi də onun Təbrizdə dəfn olunmağını istəyib. Amma bunun üçün İranın Azərbaycandakı səfirliyi ilə aparılan müzakirələr müsbət sonuclanmayıb.

Cavad Heyətin qızı Maral Heyət də atasını Təbrizdə dəfn etməyə çalışdıqlarını gizlətməyib.

«Bütün səylərə baxmayaraq, doktor Cavad Heyətin Təbrizdə dəfn edilməsi mümkün olmadı. Buna görə də onun Bakıdakı Fəxri Xiyabanda dəfninə qərar verildi» - deyən M.Heyət atasının dəfninin nə üçün gecikdirildiyinə aydınlıq gətirib. Lakin Maral Heyət bu haqda geniş məlumat verməyib.