vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
14:13 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çox dadlı yeməkdir»

Honduraslı futbolçu ləvəngini və Lənkəranı həsrətlə xatırlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xəzər Lənkəran»ın keçmiş hücumçusu Allan Lalin bu yaxınlarda verdiyi müsahibəsində ölkəmiz haqqında maraqlı söhbətlər edib, «Xəzər Lənkəran»lı günlərini yada salıb.

Honduraslı futbolçu Azərbaycanı, əsas da Lənkəranı, «Xəzər Lənkəran» azarkeşlərini gözəl xatirələrlə yada salıb: «Azərbaycan çox gözəl ölkədir. Təbiəti və insanları adama çox xoş gəlir. Əsas böyük şəhəri paytaxt Bakıdır. Amma mənim oynadığım komanda Lənkəranda yerləşirdi. Lənkəran camaatı xüsusi qonaqpərvərliyi ilə seçilirdi. Orda olduğum zamanda dil bilmədən belə lənkəranlılarla gözəl anlaşırdıq. Eyni zamanda bildirim ki, çay və ləvəngi lənkəranlıların ən çox sevdiyi şeylərdir. Ümumiyyətlə, Lənkəranda hamı çayı çox sevirdi və bu içki növü ən çox içilən idi. Ləvəngiyə isə söz ola bilməzdi. Arada azarkeşlər bazamıza ləvəngidən da pay gətirirdilər. Çox dadlı yemək idi. Açığı, yenidən Azərbaycanda oynamaq istərdim. Orada gözəl günlərim keçib». (rekord.az)