vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
17:14 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2895 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Braziliyanın əlinə girəvə düşüb

Azərbaycana 3 dollara satılan donuz əti Rusiyaya 7 dollara sırınır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Qərbdən ərzaq idxalına qoyduğu embarqo Braziliyadan idxal edilən donuz ətini kəskin bahalaşdırıb. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın tətbiq etdiyi ərzaq embarqosundan bir həftə əvvələ qədər Braziliyanın donuz əti istehsalçıları bu ölkəyə donuz ətinin bir kiloqramını 5,3-5,4 dollara təklif edirdi.

İndi isə qiymət 6,95-7,3 dollara qədər artıb. Buna səbəb Braziliya şirkətlərinin fürsətdən istifadə edərək varlanmaq istəyidir.

Rusiyanın «Smithfield Foods» donuzçuluq şirkətinin təmsilçisi Erik Kartvelaşvili bildirib ki, Braziliya donuz ətini Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan və digər ölkələrə bundan 4 dollar ucuz satır.

«Bu, həyasızlıqdır» - deyə Erik Kartvelaşvili bildirir.

Rusiyanın ət bazarında Braziliyadan idxal edilən ət sanksiyalara görə dominant mövqe tutur. Rusiyanın Milli Ət Assosiasiyasının rəhbəri Sergey Yuşin deyir ki, Braziliya şirkətləri açıq-aşkar sözləşərək fürsətdən istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, Rusiyanı donuz əti ilə təchiz edən iki-üç transmilli şirkətdir və onların hamısının Braziliya kökləri var.

S.Yuşin qiyməti ucuzlaşdırmaq üçün Rusiyanın Çindən donuz əti idxalını artırmasını təklif edir.