vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
17:58 | 19 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saxta içkilər var

Pivə içənlər, diqqətli olun!

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadiyyat və Sənaye Nazirliyi daha bir pivə istehsal müəssisəsində nöqsanlar aşkarlayıb. Xəbərdə deyilir ki, «Yevlax-Qida» şirkətinə məxsus istehsalat müəssisəsində yoxlama aparılıb. Müəssisədə aparılan araşdırma zamanı pivələrin qablaşdırılmasında yalan məlumatlar yazıldığı, eləcə də digər firmaların əmtəə nişanından qanunsuz istifadə etməklə əhalinin aldadılması faktlarına rast gəlinib.

Yoxlama zamanı müəssisədə pivə istehsalının gigiyenik sertifikat, reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, istehsal olunan pivələrin etiketində qida və enerji dəyəri barədə məlumatların verilmədiyi, normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi, habelə məhsulun istifadə müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar edilib.

Bundan əlavə, pivə istehsalı zamanı məşhur brendlərin əmtəə nişanından istifadə edildiyi bəlli olub.

Yol verilən qanun pozuntusu ilə əlaqədar «Yevlax-Qida»ya qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edək ki, builki yay mövsümündə artıq 3 pivə istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.